• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gün “8 Marş-Susa bilmirik” etiraz aksiyası keçirilib - FOTOLAR

Bu gün “8 Marş-Susa bilmirik” etiraz aksiyası keçirilib - FOTOLAR
08.03.2022 20:01
Bu gün Bakıda bir qrup feminist fəal  "8 Marş-Susa bilmirik" adlı yürüş keçirib. 
 
Aksiya saat 15:00 radələrində baş tutub. Əllərində şüarlar yazılan plakatlar tutmuş fəalların yürüşü Bakının Nizami küçəsindən  başlayaraq  Xurşudbanu Natəvanın heykəlinin qarşısında başa çatıb. Yürüşün təşkilatçılarının facebook səhifəsində yaydığı bəyanatda bildirib ki, yürüşün məqsədi gender əsaslı zorakılıq və qətllərə diqqəti çəkməkdir. Aksiya iştirakçıları "Eşit evdən səsləri vaxtında et həbsləri”, "Barışdırma araşdır”, "Qadın qətlləri siyasidir” şüarlarını səsləndirib. 

Yürüş iştirakçıları aşağıdakı tələbləri irəli sürüb:

 - Qadınlara qarşı zorakılıq və qətllərin qarşısını almaq üçün effektiv tədbirlər həyata keçirilsin!

- Qadınlara qarşı baş verən cinayətlər qanunauyğun və ədalətli şəkildə araşdırılsın və cinayətkarlar məsuliyyətə cəlb olunsun!

- İstanbul Konvensiyası qəbul edilsin!

- Qadınların şəbəkələşməsi, birləşməsi və mübarizəsi üçün bütün maneələr aradan qaldırılsın!

- Gender və cinsi oriyentasiyasından asılı olmayaraq, hər kəsin bərabər hüquqları təmin edilsin!

30 dəqiqə  çəkən aksiyanın sonunda  yürüş iştirakçıları bəyanat səsləndirdilər. 
 
 
2021-ci ildə Azərbaycanda 160 qadın zorakılığa məruz qalıb, 97 qadın intihar edib, onlardan 73- ü öldürülüb.  2021-ci ildə qeydə alınan məişət zorakılığı cinayətləri 2020-ci ildəkindən  19% çoxdur .

Azərbaycanda 8 Marş yürüşləri 2019-cu ildən keçirilir və bütün yürüşlərdə iştirakçılar qadın qətllərinə,  gender əsaslı zorakılığa etiraz edərək İstanbul konvensiyasının qəbul edilib ölkədə tətbiq edilməsini, qadınlara qarşı baş verən cinayətlərin ədalətli araşdırılmasını və zorakılığın qarşının alınması üçün effektiv tədbirlərin görülməsini tələb ediblər.
 
8 mart dünyada Beynəlxalq Qadınlar günü kimi qeyd edilir. Bu günün tarixçəsi qadınların öz hüquq və azadlıqları uğrunda mübarizəsi, gender bərabərliyi, reproduktiv hüquqlar, qadınlara qarşı zorakılıq və sui-istifadə kimi məsələlərə diqqəti cəlb etməklə bağlıdır. Həmçinin bu gün qadınların istər siyasi, istər mədəni, istər sosial, istərsə də iqtisadi həyatın bütün sahələrində əldə etdiyi nailiyyətlərin qeyd olunmasına həsr olunub.

Belə ki,8 mart ilk rüşeymlərini 1908 ci il New Yorkda 15.000-dən çox qadının iştirak etdiyi yürüşdən götürüb. Bu yürüşün iştirakçları  qadınlara daha az iş saatları, daha yaxşı gəlir və qadınların da səs-vermə hüququnun verilməsini tələb edirdi. 

1910-cu ildə Kopenhagendə qadın hüquqları müdafiəçisi Klara Setkin Əməkçi Qadınların Beynəlxalq Konfransında Beynəlxalq Qadınlar günü ideyasını irəli sürdü. Həmin konfransda 17 ölkəni təmsil edən 100 nümayəndə qadınların seçki hüququ da daxil olmaqla bərabər hüquqlarının təmin edilməsi ideyasını dəstəklədi. .

Növbəti il, 1911-ci il martın 19-da ilk Beynəlxalq Qadınlar Günü bir milyondan çox insanın iştirakı ilə Avstriya, Danimarka, Almaniya və İsveçrədə qeyd olundu.

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 1977-ci il dekabrın 16-da 8 martın Beynəlxalq Qadınlar Günü kimi keçirilməsini qəbul və təsdiq etdi.
 
Bugünki 8 marta həsr olunmuş aksiyadan fotoları təqdim edirik:
 





























 
Səkinəxanım Məmmədova

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Bu yolayrıcında işıqfor quraşdırılıb
Cəmiyyət 10:27
Bu yolayrıcında işıqfor quraşdırılıb
Sərhəd naryadına silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib
Cəmiyyət 10:23
Sərhəd naryadına silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol