Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Ermənistanın Baş naziri Nikol Paşinyan parlament müxalifətinin yeni konstitusiyanın qəbuluna qarşı çıxmasının Azərbaycanla yekun sülhə qarşı mövqe kimi qiymətləndiriləcəyini açıqlayıb. Paşinyan bu barədə 2027-ci il dövlət büdcəsi layihəsinin ilkin müzakirələri zamanı danışıb.
Onun sözlərinə görə, müxalifətin yeni konstitusiyanın qəbul edilməsi prosesini dayandırmağa çalışması Ermənistan və Azərbaycan arasında qəti sülhün əldə olunmasına qarşı çıxmaq anlamına gələcək.
“Bu halda müxalifətə qarşı ictimai təzyiq mütləq yaranacaq və əgər ictimai əhval-ruhiyyə belədirsə, hakim çoxluq bu təzyiqə rəhbərlik etməlidir”, - Paşinyan bildirib.
Baş nazir qeyd edib ki, yaxın gələcəkdə səylərini bu məsələlərlə bağlı cavabların əldə olunmasına yönəldəcək.
Gülnar Nazimqızı