Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
“Azərişıq” ASC rəqabət qanunvericiliyini pozduğuna görə icrası məcburi göstəriş alıb. Pozuntuda birbaşa iştirak etmiş vəzifəli şəxslərə maliyyə sanksiyası tətbiq ediləcək. Bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin məlumatında bildirilib.
Araşdırma istehlakçıların elektrik enerjisi borcu yarandıqdan sonra qanunvericilikdə nəzərdə tutulan bir aylıq müddət gözlənilmədən elektrik təchizatının dayandırılması ilə bağlı aparılıb.
Araşdırma və işə baxılması yekunlaşıb. Qurum pozuntunun sübuta yetirildiyini müəyyən edib və məsul vəzifəli şəxslərə maliyyə sanksiyası tətbiq edilməsi barədə qərar qəbul edib.
Gülnar Nazimqızı