Coca-Cola və Pepsi Cola da Rusiyadan getdi
The Coca-Cola Company Rusiyada fəaliyyətini dayndırdığını elan edib. Bu barədə şirkətin rəsmi saytında yazılıb.
Keçən həftə şirkət rəhbərliyi hələ Rusiyada fəaliyyətini davam etdirdiyini bildirmişdi.
Coca-Cola-nın bazarda əsas rəqibi olan PepsiCo isə martın 8-də elan edib ki, Rusiyanı tərk eləmək istəmir, amma bazarı öyrənməklə məşğuldur. Bunu Wall Street Journal öz mənbələrinə istinadən yazır.
PepsiCo da artıq Rusiya bazarından getdiyini elan edib.
Bir çox iri şirkətlər Rusiya bazarında həyata keçirdikləri biznes əməliyyatları ya birdəfəlik dayandırıb, ya da müvəqqəti fasilə verdiklərini bildiriblər.
Onların siyahısını təqdim edirik:
Amazon - yeni müştəriləri daha qəbul etmir.
McDonald's - müvəqqəti 80 restoranını bağlayıb.
Starbucks - kofe shop-larını bağlayır və biznesi dayandırıb.
L'Oreal -müvəqqəti mağazalarını bağlayıb və on line satışı dayandırıb.
Estée Lauder - fəaliyyətini dayandırıb.
Ferrari и Lamborghini - fəaliyyətini dayandırıb.
Yum! Brands - investisiya yatırımını və Rusiyada inkişafını dayandırıb.
OBI - fəaliyyətini dayandırıb və mağazalarını bağlayıb.
N.Təbrizli
www.anews.az

PepsiCo, Inc. bildirib ki, Rusiyada öz qazlı içkilərini daha satmayacaq. Şirkətin bu bəyanatı dünya bazarında əsas rəqibi olan CocaCola-dan dərhal sonra yayımlanıb.
PepsiCo hələ SSRİ dağılana kimi bu ölkədə fəaliyyətinə icazə verilən çox azsaylı qərb şirkətlərindən idi.
Şirkət Rusiya bazarında yalnız süd və uşaq yeməyi satışını davam edəcəyini bildirib.

Oxşar xəbərlər
Oxşar xəbərlər