• $
  • €
  • ₽
  • ₺
  • £

Süni intellektlə hazırlanan saxta videoları aşkar etmək çətinləşib - Murad Balayev

Süni intellektlə hazırlanan saxta videoları aşkar etmək çətinləşib - Murad Balayev
01.05.2026 15:41

Azərbaycanda dezinformasiya xarakterli saxta videolar əsasən istiqrazlar, bank yatırımları və digər maliyyə çağırışları ilə bağlı yayılır. Bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin rəisi Murad Balayev bildirib.

Onun sözlərinə görə, 2024-2025-ci illərdə yayılan saxta videoların hazırlanma keyfiyyətində ciddi artım müşahidə olunub.

“Əvvəllər bu cür videolarda ağız və dodaq hərəkətlərində uyğunsuzluqlar, görüntü keyfiyyətində fərqlər asanlıqla sezilirdi. Lakin müasir dezinformasiya videolarında bunu müəyyən etmək artıq xeyli çətinləşib”, -
Balayev qeyd edib.
O bildirib ki, Azərbaycanda müşahidə olunan bu tip videolar əsasən vətəndaşları maliyyə yatırımlarına, istiqrazlara və bank məhsullarına yönləndirmək məqsədi daşıyır.

Balayevin sözlərinə görə, qlobal miqyasda da dezinformasiya xarakterli hücumların sayı sürətlə artır. O, “Deepstrike” hesabatına istinadla bildirib ki, son illərdə bu tip insidentlərin sayı 500 mindən 8 milyona yüksəlib.

Mərkəz rəisi süni intellektlə hazırlanmış saxta videoların artıq real maliyyə itkilərinə səbəb olduğunu da vurğulayıb. O, Honqkonqda baş vermiş hadisəni nümunə gətirərək bildirib ki, bir Avropa şirkəti saxta video-konfrans vasitəsilə aldadılıb və nəticədə 25 milyon dollar zərərə məruz qalıb.

“Bu, dezinformasiya və süni intellekt texnologiyalarından sui-istifadənin artıq təkcə informasiya təhlükəsizliyi deyil, həm də ciddi iqtisadi təhlükə yaratdığını göstərir”, - Balayev bildirib.

Gülnar Nazimqızı

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol