Premyer Liqa rəhbərliyi Abramoviçi "Çelsi"dən kənarlaşdırıb
İngiltərə Premyer Liqasının rəhbərliyi Roman Abramoviçi "Çelsi" klubunun idarəçiliyindən kənarlaşdırıb, bu barədə yarışın rəsmi saytı məlumat yayıb.
Buna səbəb Böyük Britaniya hökumətinin 56 yaşlı funksionerə sanksiyalar tətbiqi etməsidir.
Bəyanatda bildirilib ki, Premyer Liqanın İdarə Heyəti Abramoviçi London təmsilçisinin rəhbəri vəzifəsindən uzaqlaşdırıb.
www.anews.az