• $
  • £

Ukrayna qaçqınları Polşada gərginlik yaradır

Ukrayna qaçqınları Polşada gərginlik yaradır
16.03.2022 12:53
 Polşanın şərqinə yeni gələnlər üçün karate sinfi açılıb və  polşalı müəllim 14 şagirdi güldürərək onlara əsas hərəkətləri öyrədir. Müəllim deyir ki, zərbələr hündürdən , yumruqlar düz istiqamətdə endirilməlidir. Lakin o, ukraynalı uşaqlara karate hərəkətlərini  sülh mühitində istifadə etmələri üçün öyrədir. 

Ən azı bir saat ərzində onların son iki həftədə aldıqları travma əyləncə ilə əvəzlənir.

Onlardan bəzilərinin ailəsi real mübarizə aparmaq üçün evə qayıdıb.On dörd yaşlı Dariy Qulyk üç gündür atasından xəbər almır və narahatdır.O deyir ki,”Polşada olmaq çox gözəldir amma biz evə getmək istəyirik çünki ev evdir”.

Onun əmisi oğlu, 17 yaşlı Saşa Minayev diqqətin müvəqqəti də olsa bu üsulla yayındırılmasını yüksək qiymətləndirir.

O deyir ki, "Biz karate sinfində olanda müharibəni o an unuduruq amma bitəndə yenidən xatırlayırıq və başa düşürük ki, Ukraynadakı xalqımıza kömək etmək üçün əlimizdən gələni etməliyik".

Dərs 60.000 əhalisi olan şərqi Polşanın kiçik Zamosc şəhərində keçirilir.

Onun gözəl qədim mərkəzi, YUNESKO-nun Ümumdünya İrsi saytı, İntibah dövrü kilsələri və rəngli fasadlarla doludur: sərhəddəki dəhşətdən çox uzaqdır.
O, Polşadakı bir çox başqaları kimi, son iki həftə ərzində qaçqınlar mərkəzinə köçürülüb.Bəzi günlərdə 35.000-ə qədər insan gəlib - əksəriyyəti qərbə gedir, lakin bəziləri qalır.Qəbul məntəqəsi, məktəblər, fərdi evlər və hətta karate sinfinin keçirildiyi idman klubu minə yaxın çarpayı ilə təmin olunub.

Tək qaldıq

Bələdiyyə sədri Andrzej Wnuk, bunun Zamosc üçün böyük bir gərginlik olduğunu söyləyərək, qarşılanmanın hüdudları olduğu barədə xəbərdarlıq edib.
O deyir ki "Polşa xalqı dəstək olmağa sonsuz hazır görünür, lakin bir gün bu bitəcək" .

"Biz ilk qaçqın dalğasının olacağını və sonra hökumətdən və Avropa Birliyindən əhəmiyyətli dəstək alacağımızı düşünürdük, lakin məlum oldu ki, biz tək qaldıq.Bizə maliyyə yardımı lazımdır, yoxsa qonaqpərvərliyiimizin keyfiyyəti kəskin şəkildə aşağı düşəcək”.

Zamosc-da sığınacaq təklif etmək impulsu onun zülmün dəyərini bilən tarixi ilə qismən bağlıdır.Müharibədən əvvəlki əhalisinin təxminən yarısı, 12.000 nəfəri yəhudilər idi.Əvvəlcə sovetlər, sonra isə nasistlər tərəfindən işğal zamanı əksəriyyəti burada gettoya, daha sonra isə həbs düşərgələrinə göndərilib.Qədim yəhudi qəbiristanlığında baş daşlarından düzəldilmiş faciənin abidəsi şəhərdən kənarda ucaldılıb.

Buradakı yerli sakinlər yeni gələnlərə göstərilən qonaqpərvərlik irsi ilə fəxr edirlər.Renesans otelindəki restoran indi yalnız qaçqınlar üçün yemək hazırlayır.
Heyət donuz qabırğası və makaron hissələrini qutuya yığana kimi Mətbəxdə Ukrayna çuğunduru şorbası və meyvə kompotunun qabarcıqları pokkuldayır.
Sahibi Damian Poterucha bir ata olaraq deyir ki, müharibədən qaçan uşaqları görəndə biznesini dəyişmək qərarına gəlib.

O deyir ki, polşalıların belə etdiyini görmək xoşdur.

Lakin o, pul çatışmazlığının olduğunu və yalnız iki həftə ərzində təchizə davam edə biləcəyini söylədi.”Bundan sonra növbəti hansı addımı atacağım barədə düşünəcəm” deyə o əlavə edir.

"Dünyadan kömək"

Qida 300-ə yaxın könüllünün kömək etdiyi əsas sığınacağa çatdırılır.Bütün bu müddət ərzində avtobuslar yeni gələnləri çatdırır və digərləri isə gəmidə olanları götürərək, qaçqınların çoxunun dostları və ya ailəsi olan qərbdəki daha böyük şəhərlərə gedirlər.

 İsti yeməklər verməyə kömək edən bələdiyyə işçisi Barbara Godziszewska deyir ki ”Dünyanın köməyinə ehtiyacımız var" ."Hamı bizə baxır və bizə "bravo” deyir, lakin bu, çox kiçikdir – kimsə qaçqınlarla nə edə biləcəyimizi söyləməlidir. Əgər rəqəmlər belə davam etsə, qorxuram ki, hər otel dolu olduğundan küçəyə çıxıb orda yatsınlar”.İki həftə ərzində Polşa Yaxın Şərqdən gələn miqrantları rədd edərək Ukraynadan gələnləri qarşılayıb.

Bəzi polyaklar arasında Suriyanın əsasən müsəlman kişilərini sıxışdırmaqdan tutmuş, Ukraynanın əsasən ağdərili, xristian qadın və uşaqları qarşılamağa kimi hökumət tərəfindən vəziyyətin dəyişməsi ilə bağlı bir narahatlıq var.

Lakin Polşanın miqrasiya siyasəti gələcək illərdə tarixçilər tərəfindən araşdırılacaq.Hələlik diqqət indiki axının üzərindədir.Ukraynada döyüşlər pisləşdikcə - və qərbə yayılmağa başladıqca - Zamosc kimi şəhərlər nə qədər öhdəsindən gələ biləcəklərini düşünürlər.
 
Səkinəxanım Məmmədova



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Tramp qapalı brifinq keçirəcək
Dünya 14:06
Tramp qapalı brifinq keçirəcək
Hindistanda kater qəzaya uğrayıb, ölənlər var
Dünya 22:48
Hindistanda kater qəzaya uğrayıb, ölənlər var
Makron Ermənistana səfər edəcək
Dünya 20:22
Makron Ermənistana səfər edəcək
Sergey Melikov Dağıstan rəhbərliyindən gedir
Dünya 19:15
Sergey Melikov Dağıstan rəhbərliyindən gedir
Dağıstan və Çeçenistanda sel fəlakəti nəticəsində 9 minə yaxın ev zərər çəkib
Dünya 17:15
Dağıstan və Çeçenistanda sel fəlakəti nəticəsində 9 minə yaxın ev zərər çəkib

Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək
Dünya 14:54
Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək
Keçmiş ICC prokurorunun videosunda Paşinyanın uzaqlaşdırılması və Borrel ilə bağlı iddialar yer alıb- VİDEO
Dünya 11:40
Keçmiş ICC prokurorunun videosunda Paşinyanın uzaqlaşdırılması və Borrel ilə bağlı iddialar yer alıb- VİDEO
Tramp İrana mümkün zərbələr fonunda qapalı kəşfiyyat brifinqi keçirəcək
Dünya 10:37
Tramp İrana mümkün zərbələr fonunda qapalı kəşfiyyat brifinqi keçirəcək
Zelenski Lukaşenkonun oğullarına sanksiya tətbiq edib
Dünya 23:44
Zelenski Lukaşenkonun oğullarına sanksiya tətbiq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol