• $
  • £

Müəllimə 11 ukraynalıya sığınacaq verib

Müəllimə 11 ukraynalıya sığınacaq verib
17.03.2022 16:33
Türkiyəli məktəb müəllimi müharibədən qaçan 11 ukraynalıya evinin qapısını açıb.

Türkiyənin cənubundakı Adana vilayətində təqaüdçü bir məktəb müəllimi Rusiya müharibəsi zamanı ölkəsini tərk edən 10 ukraynalıya sığınacaq verib.

Rusiya sərhədinə yaxın Konotop şəhərində yaşayan türk əsilli ukraynalı Mehmet Elibal Türkiyəyə qayıtmaq arzusunda olduğu üçün Türkiyə rəsmiləri ilə əlaqə saxlayıb və humanitar dəhlizin açılmasını gözləyib.

Daha sonra o, anası Miyase Tanığa gedəcək yerləri olmadığı üçün müharibə şəraitində olan ölkədən qaça bilməyən ukraynalı dostları və qonşuları haqqında danışıb.

Anası oğlunun bu xahişinə evinin qapılarını  müharibə qurbanlarının üzünə acaraq cavab verib və onların hamısını  evində sevinclə qarşılayıb.

Humanitar dəhlizin açılışından sonra Elibal 5 günlük çətin səfərdən sonra altısı uşaq olmaqla 10 ukraynalı ilə Adanaya gəlib. İndi o, onların hamısının qayğısına qalır.

Tanık Anadolu agentliyinə açıqlamasında oğlu Elibalın 2009-cu ildən Ukraynada olduğunu, orda evləni boşandığını deyib.O, Rusiyanın hücumlarından sonra oğlu üçün narahat olduğunu və onun mümkün qədər tez Türkiyəyə qayıtmasına çalışdığını söyləyib.


"Hazırda evimdə oğlum da daxil olmaqla 11 nəfəri saxlayıram. Dörd qadın və altı uşaq var”, deyən Tanık, "müharibə bitənə qədər onları burada qonaq etməkdən məmnunam” söyləyib.

"Ümid edirəm ki, bu müharibə tezliklə başa çatacaq",  -  o, əlavə edib.

"Müharibə bitənə qədər mən onları öz evimdə saxlamaq üçün əlimdən gələni edəcəm” dedi.

Bu arada Elibal anasının qonaqlarını tərəddüd etmədən evində qarşıladığını bildirib.

"Məni müşayiət edən insanların Avropaya köçəcək yerləri yox idi...Mən bu insanları tanıyırdım və getməyə başqa yerləri olmadığı üçün onları bura gətirdim.Müharibə bitənə qədər onları Adanadakı evimizdə yerləşdirəcəyik” deyə söz verib.
 


Qızı Mariya ilə Adanaya gələn ukraynalılardan Nataliya Preyatko ərini və yaxınlarını qoyub vətənindən qaçmaqdan başqa çarəsinin olmadığını bildirib.
42 yaşlı Preyatko ölkəsindəki acınacaqlı vəziyyəti izah edərkən arzusunu dilə gətirib: "Bu vəziyyətin tez bir zamanda aradan qalxmasını istərdim.Mən Ukraynaya sülh arzulayıram.

Digər köçkün ukraynalı Tatyana Yaromko ölkənin böyük hissəsinin hədəfə alındığını bildirib və əlavə edib: "Onlar (Rusiya qüvvələri) evləri, xəstəxanaları və doğum evlərini partladırlar.Bu, dəhşətli mühitdir”.
 


"Türkiyə Respublikasına minnətdaram ” deyərək o, Rusiyanın atəşi və Ukraynanın bombalanmasından qaçan qaçqınlar üçün humanitar dəhlizlərin yaradılmasında Ankaranın rolunu xatırladıb.

16 yaşlı Nikita Artyux, "Mən bu müharibənin mümkün qədər tez bitməsini istəyirəm" deyib.
 
Səkinəxanım Məmmədova


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Tramp qapalı brifinq keçirəcək
Dünya 14:06
Tramp qapalı brifinq keçirəcək
Hindistanda kater qəzaya uğrayıb, ölənlər var
Dünya 22:48
Hindistanda kater qəzaya uğrayıb, ölənlər var
Makron Ermənistana səfər edəcək
Dünya 20:22
Makron Ermənistana səfər edəcək
Sergey Melikov Dağıstan rəhbərliyindən gedir
Dünya 19:15
Sergey Melikov Dağıstan rəhbərliyindən gedir
Dağıstan və Çeçenistanda sel fəlakəti nəticəsində 9 minə yaxın ev zərər çəkib
Dünya 17:15
Dağıstan və Çeçenistanda sel fəlakəti nəticəsində 9 minə yaxın ev zərər çəkib

Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək
Dünya 14:54
Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək
Keçmiş ICC prokurorunun videosunda Paşinyanın uzaqlaşdırılması və Borrel ilə bağlı iddialar yer alıb- VİDEO
Dünya 11:40
Keçmiş ICC prokurorunun videosunda Paşinyanın uzaqlaşdırılması və Borrel ilə bağlı iddialar yer alıb- VİDEO
Tramp İrana mümkün zərbələr fonunda qapalı kəşfiyyat brifinqi keçirəcək
Dünya 10:37
Tramp İrana mümkün zərbələr fonunda qapalı kəşfiyyat brifinqi keçirəcək
Zelenski Lukaşenkonun oğullarına sanksiya tətbiq edib
Dünya 23:44
Zelenski Lukaşenkonun oğullarına sanksiya tətbiq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol