• $
  • €
  • ₽
  • ₺
  • £

Zakir Həsənov hərbi hospitalı ziyarət edib

Zakir Həsənov hərbi hospitalı ziyarət edib
19.03.2022 16:28
Martın 19-da Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Novruz bayramı münasibətilə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalını ziyarət edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, General-polkovnik Z.Həsənov hospitalda müalicə olunan bir qrup hərbi qulluqçu ilə görüşərək onların səhhəti ilə maraqlanıb, tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzu edib.

Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təbriklərini hərbi qulluqçulara və tibb personalına çatdırıb, onlara bayram sovqatları təqdim edib.

Nazir daha sonra hərbi hospitalın əsaslı təmir olunan qərargah binasına baxış keçirib, yaradılan şəraitlə tanış olub.

Məruzə edilib ki, müasir avadanlıqlarla təchiz olunan qərargah binasında xidməti fəaliyyətin təşkili üçün hər cür şərait yaradılıb. Bütün otaqlar zəruri mebel avadanlıqları və invertarla tam təchiz edilib.

Nazir Tibb işçilərini bayram münasibətilə təbrik edib və xidmətin daha da təkmilləşdirilməsi ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verib.
 

 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Metroda sərnişin qatar yoluna tullanıb
Cəmiyyət 22:45
Metroda sərnişin qatar yoluna tullanıb
Kürdəmirdə 10 hektardan çox ərazidə quru otlaq sahəsi və ağaclar yanıb
Cəmiyyət 20:10
Kürdəmirdə 10 hektardan çox ərazidə quru otlaq sahəsi və ağaclar yanıb
Faktiki hava açıqlanıb
Cəmiyyət 19:30
Faktiki hava açıqlanıb
Son bir həftədə yaşıllıqlara 225 min manatdan çox ziyan vurulub
Cəmiyyət 18:03
Son bir həftədə yaşıllıqlara 225 min manatdan çox ziyan vurulub
Müasir suvarma tətbiq olunan sahələr 300 min hektara çatdırılacaq - nazir
Cəmiyyət 17:47
Müasir suvarma tətbiq olunan sahələr 300 min hektara çatdırılacaq - nazir

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbçiləri təltif edilib -SİYAHI
Cəmiyyət 15:40
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbçiləri təltif edilib -SİYAHI
Azərbaycan Almaniya ilə iqtisadi əməkdaşlığı genişləndirmək istəyir
Cəmiyyət 15:09
Azərbaycan Almaniya ilə iqtisadi əməkdaşlığı genişləndirmək istəyir
AYİB: Sənaye zonaları ekosistemlərə çevrilir
Cəmiyyət 13:45
AYİB: Sənaye zonaları ekosistemlərə çevrilir

Bu marşrutların hərəkət sxemidəyişdirilib
Cəmiyyət 13:13
Bu marşrutların hərəkət sxemidəyişdirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol