• $
  • £

Rusiya səfiri Yaponiya XİN-ə çağırıldı

Rusiya səfiri Yaponiya XİN-ə çağırıldı
22.03.2022 15:32
Rusiyanın Yaponiyadakı səfiri Mixail Qaluzin bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
  
Apa-a xəbər verir ki, səfirə Moskvanın Yaponiya ilə sülh danışıqlarından çıxmaq barədə qərarına etiraz bildirilib.
 
"Kiodo” agentliyi yazır ki, etiraz məktubunu rusiyalı diplomata Yaponiya xarici işlər nazirinin müavini Takeo Mori təqdim edib.
 
Qeyd edək ki, bundan əvvəl Yaponiyanın Baş naziri Fumio Kisida Rusiyanın sülh danışıqlarından çıxmaq barədə qərarını qəbuledilməz adlandırıb.
 
Rusiyanın Xarici İşlər Nazirliyi isə martın 21-də yaydığı açıqlamada bəyan edib ki, Moskva Tokionun qeyri-dost addımlarına cavab olaraq Yaponiya ilə sülh danışıqlarından imtina edir, Yaponiya vətəndaşlarının Cənubi Kuril adalarına vizasız səfərini dayandırır, Cənubi Kuril adalarında Yaponiya ilə birgə təsərrüfat fəaliyyətinin qurulmasına dair dialoqdan çıxır.
 
Moskva bu qərarını Yaponiyanın Ukrayna məsələsində nümayiş etdirdiyi mövqe və Rusiyaya tətbiq etdiyi sanksiyalarla əsaslandırıb

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Tramp qapalı brifinq keçirəcək
Dünya 14:06
Tramp qapalı brifinq keçirəcək
Hindistanda kater qəzaya uğrayıb, ölənlər var
Dünya 22:48
Hindistanda kater qəzaya uğrayıb, ölənlər var
Makron Ermənistana səfər edəcək
Dünya 20:22
Makron Ermənistana səfər edəcək
Sergey Melikov Dağıstan rəhbərliyindən gedir
Dünya 19:15
Sergey Melikov Dağıstan rəhbərliyindən gedir
Dağıstan və Çeçenistanda sel fəlakəti nəticəsində 9 minə yaxın ev zərər çəkib
Dünya 17:15
Dağıstan və Çeçenistanda sel fəlakəti nəticəsində 9 minə yaxın ev zərər çəkib

Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək
Dünya 14:54
Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək
Keçmiş ICC prokurorunun videosunda Paşinyanın uzaqlaşdırılması və Borrel ilə bağlı iddialar yer alıb- VİDEO
Dünya 11:40
Keçmiş ICC prokurorunun videosunda Paşinyanın uzaqlaşdırılması və Borrel ilə bağlı iddialar yer alıb- VİDEO
Tramp İrana mümkün zərbələr fonunda qapalı kəşfiyyat brifinqi keçirəcək
Dünya 10:37
Tramp İrana mümkün zərbələr fonunda qapalı kəşfiyyat brifinqi keçirəcək
Zelenski Lukaşenkonun oğullarına sanksiya tətbiq edib
Dünya 23:44
Zelenski Lukaşenkonun oğullarına sanksiya tətbiq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol