• $
  • £

Ukrayna işğalda olan ərazilərini qaytarmağa başlayıb - Pentaqon

Ukrayna işğalda olan ərazilərini qaytarmağa başlayıb - Pentaqon
23.03.2022 08:18
Pentaqonda Ukrayna müharibəsi ilə bağlı anonim brifinq keçirilib. Son günlər keçirilən bu brifinqlərdə  vəziyyətin dəyişmədiyi barədə məlumatlar verilsə də son brifinqdə ABŞ Müdafiə Nazirliyi rəsmiləri vəziyyətin Ukraynanın xeyrinə dəyişdiyini vurğulayıblar. Bu barədə BBC-ə Pentaqonda olan anonim mənbə məlumat verib. 

Pentaqon ukraynalılarda Rusiyanın işğal etdiyi əraziləri qaytarmaq qabiliyyəti və hazırlığının əlamətlərini görməyə başlayır. Bununla əlaqədar ABŞ Xarkov yaxınlığında yerləşən İzyum rayonunda gedən döyüşlərə və Xersonu azad etmək cəhdlərinə diqqət yetirir. Rusiyanın müharibəyə başlamazdan qabaq cəmləşdirdiyi qüvvənin 90%-dən az hissəsi qalıb. Rusiya ordusu həmçinin arxa cəbhədən təminatla bağlı çətinliklər yaşayır. 

ABŞ Müdafiə Nazirliyi  Rusiyanın artıq öz gəmilərini  yanacaqla təmin edə bilmədiyini müşahidə edir. Rusiya əsgərləri arasında lazımi geyim təminatı olmaması səbəbindən şaxtadan donma hallarına rast gəlinir. 

Pentaqon hesab edir ki, Rusiya ordusunu möhkəmləndirmək üçün çox güman ki, əvvəlcə başqa ölkələrdə olan batalyon taktik qruplarını  Ukrayna cəbhəsinə gətirəcək. Daha sonra isə Rusiyanın başqa bölgələrində olan hərbçilərini səfərbər edəcəkdir. 

Son bir həftədə Pentaqon Rusiya ordusunun qəsdən və şüurlu şəkildə mülki infrastrukturu hədəfə aldığını görüb. 

Eyni zamanda hərbi cinayət hesab edilən bir çox başqa əməliyyatlara da yol verilib. 

ABŞ hərbçiləri araşdırmalarda iştirak edir ( ABŞ mətbuatında Rusiyanın Ukraynada yol verdiyi hərbi cinayətlərlə bağlı  Dövlət Departamenti  araşdırma aparır).


Azov dənizində  yeddi Rusiya hərbi gəmisi var. Çox  güman ki, Mariupolu onlar bombalayır. 

Qara dənizdə 21 Rusiya hərbi gəmisi var. 
 
N.Təbrizli


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Tramp qapalı brifinq keçirəcək
Dünya 14:06
Tramp qapalı brifinq keçirəcək
Hindistanda kater qəzaya uğrayıb, ölənlər var
Dünya 22:48
Hindistanda kater qəzaya uğrayıb, ölənlər var
Makron Ermənistana səfər edəcək
Dünya 20:22
Makron Ermənistana səfər edəcək
Sergey Melikov Dağıstan rəhbərliyindən gedir
Dünya 19:15
Sergey Melikov Dağıstan rəhbərliyindən gedir
Dağıstan və Çeçenistanda sel fəlakəti nəticəsində 9 minə yaxın ev zərər çəkib
Dünya 17:15
Dağıstan və Çeçenistanda sel fəlakəti nəticəsində 9 minə yaxın ev zərər çəkib

Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək
Dünya 14:54
Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək
Keçmiş ICC prokurorunun videosunda Paşinyanın uzaqlaşdırılması və Borrel ilə bağlı iddialar yer alıb- VİDEO
Dünya 11:40
Keçmiş ICC prokurorunun videosunda Paşinyanın uzaqlaşdırılması və Borrel ilə bağlı iddialar yer alıb- VİDEO
Tramp İrana mümkün zərbələr fonunda qapalı kəşfiyyat brifinqi keçirəcək
Dünya 10:37
Tramp İrana mümkün zərbələr fonunda qapalı kəşfiyyat brifinqi keçirəcək
Zelenski Lukaşenkonun oğullarına sanksiya tətbiq edib
Dünya 23:44
Zelenski Lukaşenkonun oğullarına sanksiya tətbiq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol