Rusiya Ukraynanı qanadlı raketlərlə dənizdən bombalayır - CNN
CNN telekanalı Rusiyanın ilhaq etdiyi Krımdan Ukrayna ərazisini qanadlı raketlərdən atəşə tutulduğunu əks etdirən kadrlar nümayiş etdirib.
Telekanal xəbər verir ki, sosial şəbəkələrdə yayılan və gəmidən qanadlı raketlərin buraxılmasını əks etdirən videonun geolokasiyası təsdiqlənib.
CNN-in məlumatına görə, videoda Sevastopolun qərbində, daha dəqiq desək Krım sahillərində olan gəmidən Ukraynaya doğru raketlərin buraxılması əks olunub.
Video martın 22-də sosial şəbəkələrdə yayılıb.
"Martın 22-i. Sevastopol. Nəsə atırlar. Amma hara atırlır görünmür", - kadr arxasında olan səs deyir.
Daha əvvəl Pentaqonun rəsmisi Con Kirbi bildirib ki, Birləşmiş Ştatlar Qara dənizin şimal hissəsində hərbi-dəniz aktivliyinin artdığını müşahidə edir.
"Biz görürürk ki, Odessa ətrafındakı ərazilər dənizdən atəşə tutulur. Amma hansı silahlardan istifadə etdiklərini və haranı hədəflədiyini demək çətindir", - o, bazar ertəsi keçirilən brifinqdə deyib.
Pentaqonun məlumatına görə, fevralın 24-dən Rusiya silahlı qüvvələri Ukraynadakı hədəflərə 1100-ə yaxın müxtəlif sinifli raketlərdən zərbələr endirib.
N.Təbrizli
www.anews.az