• $
  • £

Avropanın aparıcı meteo xidməti Rusiya ilə əməkdaşlığı dayandırıb

Avropanın aparıcı meteo xidməti Rusiya ilə əməkdaşlığı dayandırıb
23.03.2022 09:25
Avropanın aparıcı meteo xidməti sayılan və Almaniyada yerləşən EUMETSAT daha əldə etdiyi məlumatlarla Rusiya ilə bölüşmür. Bu barədə Reuters agentliyi  məlumat yayıb.


Amma xidmət əməkdaşlığın dayandırlması səbəblərini açıqlamayıb. 


Belə ki, EUMETSAT üzvü olan ölkələrin xüsusi çurası Rusiya ilə əməkdaşlıqla bağlı ikitərəfli  razılaşmanın fəaliyyətinə xitam verib.  Eyni zamanda məlumatlarla bölüşmə və əməkdaşların təlimlərdə iştirakı da dayandırılıb. 


Bu qərardan bir müddət əvvəl EUMETSAT, Rusiya və Belarusa Avropa İttifaqına məxsus peyklərdən alınan məlumatların ötürülməsini dayandırmışdı . Bu addım Avropa Komissiyasının tələbi ilə həyata keçirilmişdi. Lakin digər peyklərdən alınan məlumatların, eləcə də dövlət meteorologiya xidmətlərindən gələn hava məlumatlarının ötürülməsi davam edirdi. 


Bundan əvvəl ən azı üç oxşar Avropa təşkilatı Rusiya ilə əməkdaşlıqdan imtina edib. 


Hərbi ekspertlərin fikrincə, Rusiya  kimyəvi və ya bakterioloji silahlardan istifadə etməklə hər hansı hücumlar planlaşdırarsa küləyin istiqaməti və sürəti, həmçinin yağıntı ehtimalları ilə bağlı meteoroloji məlumatların verilməməsi  müəyyən əngəl yaradacaq. 


Rusiyanın Ukraynada kimyəvi silahla əməliyyat planlaşdıra biləcəyini daha əvvəl, xüsusən də NATO-nun baş katibi Yens Stoltenberq bildirib.


Rusiya Müdafiə Nazirliyi isə "Ukrayna millətçiləri”nin kimyəvi silahla təxribatlar hazırladığını iddia edir.


N.Təbrizli



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Tramp qapalı brifinq keçirəcək
Dünya 14:06
Tramp qapalı brifinq keçirəcək
Hindistanda kater qəzaya uğrayıb, ölənlər var
Dünya 22:48
Hindistanda kater qəzaya uğrayıb, ölənlər var
Makron Ermənistana səfər edəcək
Dünya 20:22
Makron Ermənistana səfər edəcək
Sergey Melikov Dağıstan rəhbərliyindən gedir
Dünya 19:15
Sergey Melikov Dağıstan rəhbərliyindən gedir
Dağıstan və Çeçenistanda sel fəlakəti nəticəsində 9 minə yaxın ev zərər çəkib
Dünya 17:15
Dağıstan və Çeçenistanda sel fəlakəti nəticəsində 9 minə yaxın ev zərər çəkib

Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək
Dünya 14:54
Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək
Keçmiş ICC prokurorunun videosunda Paşinyanın uzaqlaşdırılması və Borrel ilə bağlı iddialar yer alıb- VİDEO
Dünya 11:40
Keçmiş ICC prokurorunun videosunda Paşinyanın uzaqlaşdırılması və Borrel ilə bağlı iddialar yer alıb- VİDEO
Tramp İrana mümkün zərbələr fonunda qapalı kəşfiyyat brifinqi keçirəcək
Dünya 10:37
Tramp İrana mümkün zərbələr fonunda qapalı kəşfiyyat brifinqi keçirəcək
Zelenski Lukaşenkonun oğullarına sanksiya tətbiq edib
Dünya 23:44
Zelenski Lukaşenkonun oğullarına sanksiya tətbiq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol