Rusiyanın G20-dən çıxarılması müzakirə edilir
ABŞ və müttəfiqləri Rusiyanı G20 sammitindən çıxarmağı düşünürlər və bu barədə ciddi müzakirələr gedir. Bu barədə Reuters agentliyi xəbər verir.
G20 dünyanda ən böyük iqtisadiyyatlar malik ölkələrin toplaşdığı platformadır. Bu qrupu yaratmaqda məqsəd dünya iqtisadiyyatına təsir edən ən mühüm məsələlər üzrə əməliyyatları əlaqələndirməkdir.
Agentlik mənbələrinə istinad edərək bildirir ki, Polşa Rusiyanı G20-dən çıxarmağı təklif edib və ABŞ bu təklifi dəstəkləyib.
Bununla belə, analitiklərin Rusiyanın G20-dən kənarlaşdırılılacağına şübhə ilə yanaşır. Bu məsələ ilə bağlı səsvermə baş verərsə Çin, Hindistan və ya Səudiyyə Ərəbistanı kimi ölkələrdən biri veto qoyma hüququndan istifadə edə bilər.
Krımın ilhaqından və Donbassdakı ərazilərin rusiyayönlü separatçılar tərəfindən ələ keçirilməsindən qısa müddət sonra Rusiya aparıcı dünya güclərinin birləşdiyi G7-dən çıxarılmışdı.
N.Təbrizli
www.anews.az