Çexiyada Mariupolda həlak olan uşaqlar anılıb
Çexiyanın paytaxtı Praqada Milli Teatrın qarşısında mühasirədə olan Mariupolun qurbanlarına həsr olunmuş aksiya keçirilib.
Etirazçılar yerə şamlarla "uşaqlar” sözünü yazıb. Belə bir yazı, peyk görüntülərinə görə, zirzəmisində mindən çox insanın bombardmandan gizləndiyi Mariupol Dram Teatrının yaxınlığındakı asfalt üzərində çəkilib.
Mariupol dram teatrı Rusiya hərbmiləri tərəfindən martın 16-da dağıdılıb. Nəticədə neçə nəfərin öldüyü hələlik məlum deyil.
Bir gün əvvəl İtaliya parlamentinin deputatları qarşısında çıxış edən Vladimir Zelenski Ukraynada müharibə zamanı 117 uşağın öldüyünü bildirib. Bu gün Ukrayna Baş prokurorluğu onların sayının artıq 121-ə çatdığı barədə məlumat yayıb.
Çərşənbə axşamı axşam Zelenski həmçinin Mariupolda mühasirədə 100 min insanın qida, su və dərmansız qaldığını bildirib.
Son bir ayda Çexiyada bir neçə dəfə Ukraynaya dəstək aksiyaları keçirilib.
Təxminən 270 min ukraynalı qaçqın ölkəyə daxil olub və Çexiya parlamenti onların iş və tibbi sığortaya çıxışını asanlaşdıran qanunları təsdiqləyib.
Eyni zamanda, hökumət rəsmiləri ölkənin davamlı qaçqın axınını necə tənzimləyəcəklərindən narahatlıqlarını bildirirlər. Bazar ertəsi Çexiya baş nazirinin birinci müavini və daxili işlər naziri Vit Rakusan deyib ki, Praqa "öz imkanlarını qaçqınlara yarada mümkün rahat yaşayış şəraiti təmin etmək istəyi ilə balanslaşdırmağa çalışır”.
N.Təbrizli
www.anews.az