Netflix” Rusiyadakı tətbiqini silib
Netflix” Rusiyadakı "App Store” və "Google Play”dən öz tətbiqini silib. Artıq hər iki platformanın axtarış sistemində proqram görünmür.
Bu brədə xarici KİV-lər məlumat yayıb.
"Netflix” Ukraynadakı vəziyyətlə əlaqədar martın 6-da Rusiyadakı fəaliyyətini dayandırdığını açıqlamışdı. Eyni zamanda, şirkət Rusiyaya məxsus orijinal layihələr üzərində işini dayandırıb.
Layihələr arasında Svetlana Xodçenkova və Fyodor Bondarçukun rol aldığı "Anna K” dram serialı, Aleksandr Petrovun iştirak etdiyi "Petlya”, Yuri Borisovla "Niçeqo osobennoqo” filmi və Darya Jukun "Zato” kriminal trilleri var.
Şirkət martın 1-dən etibarən 20 Rusiya federal telekanalının yayımından imtina edib.
www.anews.az