“Sülh danışıqlarına başlamaq üçün Azərbaycana ilkin şərt qoymuruq” - Mirzoyan
Ermənistan sülh sazişinin bağlanması ilə bağlı danışıqlar prosesinə başlamaq üçün Azərbaycana ilkin şərt qoymur və Bakıdan da analoji mövqe gözləyir.
"Biz Azərbaycan tərəfdən və Minsk Qrupunun həmsədrlərindən gözləyirik ki, danışıqlar prosesində heç bir ilkin şərt olmayacaq. Bu o deməkdir ki, biz də ilkin şərt qoymayacağıq", - deyə, Mirzoyan bildirib.
XİN rəhbəri vurğulayıb ki, Ermənistan danışıqlar prosesi zamanı "xalqların öz müqəddəratını təyin etmək hüququnu” qoruyacaq.
www.anews.az