Türkiyə ət ixracını dayandırıb
Türkiyə, Şimali Kipr Türk Respublikası və Azərbaycan istisna olmaqla, digər ölkələrə ət ixracını dayandırmaq barədə qərar verib, bu barədə Türkiyə mətbuata istinadən xəbər verir.
Türkiyə Ticarət Nazirliyindən verilən məlumata görə, belə qərarın verilməsinə səbəb ölkədə ətin qiymətinin qəfil artması olub. Qərarla adı çəkilən ölkələrdən başqa dövlətlərə mal-qara, qoyun və keçi ətinin ixracı ikinci bir qərara qədər dayandırılıb.
Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycana xaricdən 7 min 185,04 ton ət idxal edilib. Bu həcmdə ətin dəyəri 12 milyon 131,58 min ABŞ dolları təşkil edib.
Hesabat dövründə ət idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0, 62 %-ini təşkil edib.
www.anews.az