BMT bir milyon ukraynalıya ərzaq yardımı etməyi planlaşdırır
Bu günə qədər BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) 700 min ukraynalıya ərzaq yardımı edib, bu barədə proqramın icraçı direktoru Devid Bisli məlumat verib.
"ÜƏP bu günə qədər Ukraynada 700 min insana təcili ərzaq yardımı çatdırıb. Gələn həftənin sonuna qədər biz bu rəqəmi 1 milyona, aprelin sonuna isə təxminən 2,5 milyona çatdırmağı planlaşdırırıq”, - onun tviterdəki açıqlamasında deyilir.
www.anews.az