• $
  • €
  • ₽
  • ₺
  • £

Əsl faşizm Rusiyanın Ukraynada törətdikləridir - Adi ruslardan Zabelinə CAVAB

Əsl faşizm Rusiyanın Ukraynada törətdikləridir - Adi ruslardan Zabelinə CAVAB
28.03.2022 19:13
Azərbaycanda yaşayan  Rus İcmasının Respublika Şurası  Rusiyanın Ukraynaya qarşı başladığı müharibəyə dəstək verib və ictimaiyyəti Rusiyaya anlayışla yanaşmağa çağırıb.
 
Bəyanat sahiblərinin fikrincə,  8 ildir ki,  Böyük Vətən Müharibəsi zamanı qazanılan qələbəni Ukrayna xalqının yaddaşından silməyə çalışıblar, faşist ideologiyasınn daşıyıcısı Stepan Banderanın portretləri ilə qəhrəman şəhər olan Kiyevin mərkəzi küçələri ilə yürüşlər keçirilib. 

"Donbas xalqı buna dözə bilməyib, səkkiz ildir zirzəmilərdə Ukrayna artilleriyasının həmlələri altında yaşayıb. Bizi  Rusiyaya anlayış göstərməyə çağırırıq.  Rusiya ölkəsinin təhlükəsizliyini təmin etməyə, NATO-nun  şərqə tərəf  böyüməsinin qarşısını almağa çalışır. Biz Ukraynaya və Ukrayna xalqına  sülh və Rusiya ilə mövcud dostluğu bərpa etməyi arzulayırıq.  Biz əminik ki, o gün gələcək", - bəyanatda deyilir. 

Amma Azərbaycan ictimaiyyəti və rus çillətindən olan Azərbaycan vətəndaşlarının bu bəyanata  münasibəti birmənalı deyil və onlar açıq şəkildə Ukraynanın ərazi bütövlüyünü  dəstəklədiklərini , Rusiyanı pisləyir və bu bəyanata görə Azərbaycanda yaşayan ris icmasının rəhbəri millət vəkili Mixail Zabelinlə razılaşmadıqlarını deyirlər. 
 
Deputat Aqil Abbas: "O, milliyətcə rusdur, başqa nə gözləyirsiz?! Hər kəs öz xalqının tərəfini saxladığı kimi Zabelin də öz xalqının mövqeyindən çıxış edib.Biz Ukrayna xalqına iki dəfə humanitar yardım etmişik və bunu insanlıq borcu kimi etmişik. Zabelin çıxışında rus kimi danışıb, insan kimi başqa cür danışa bilərdi. İnsanlar ölür, şəhərlər dağılır. Bu mənada gərək millət vəkili başqa cür fikirləşəydi, amma biz ona deyə bilmərik bu cür fikirləş".
 

Deputat Cavanşir Paşazadə: "Zabelin Rusiya Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəridir. Rusiya tərəfindən çıxış etməsi gözləniləndir. Zabelin 44 günlük müharibədə Azərbaycanın mövqeyini dəstələyən biri olub. İndiki halda onu anlamaq doğru olar". 
 
 
Deputat Tahir Rzayev: "Zabelin dövlətçi bir insandır. O, Azərbaycanda rus icmasının rəhbəridir. Buna görə də Rusiya dairlərinə istinad etməsi normaldır. Rusiya istəyir ki, NATO onun sərhədlərində  yerləşməsin, çünki bu Rusiya üçün təhlükə yaradır. Zabelin də bu mövqedən çıxış edib. 
Dünyada balanslaşdırılmış siyasət olmalıdır. Silahların müəyyən qədər azaldılması, nüvə silahından isrifadə olunmaması haqqında çox ciddi konvensiya var. Qərb də bu konvensiyalara əməl etməlidir. Öz əhatə dairəsini genişləndirməməlidir, ölkələri silahlandırmamlıdır".
 
 
Deputat Aydın Hüseynov: "Zabelin Azərbaycan dövlətinə,dövlətçiliyinə,onun siyasətinin həyata keçməsinə və naliyyətlərimizə sevinən və öz tövhəsini verən bir deputatdır.O həmçinin YAP yaradıcılarından biridir. Rus icmasının yaydığı bəyanat isə kollegial qəbul olunub. Bu bir nəfərin istəyi ilə yayılan bəyanat sayılmır. İcmanın bu fikri ilə razılaşa bilərəm ki, hər hansı bir fasit ideologiyasının daşıyıcısı varsa bu qəbulolunmazdır. Ukrayna da beynəlxaq hüquq çərçivəsində öz ərazi bütövlüyünü uğrunda mübarizə aparır və bu qəbulolunandır. Hər bir dövlətin suveren hüquqlarına qarşı hər hansı addım qəbuledilməzdir".
 
Azərbaycan vətəndaşı olan Viktoriya Dementyeva: "Mən Azərbaycanın Rus iicmasının üzvü deyiləm. Milliyyətcə rusam və mən bu  bəyanatla  razı deyiləm. Rusiya ictimaiyyəti öz bəyanatında Rusiya Federasiyasının Ukraynaya münasibətdə hərəkətlərini başa düşməyi xahiş edir və onları "öz dövlətlərini, xalqlarını NATO-nun şərqə doğru genişlənməsindən qorumaq istəyi" adlandırır. Bununla belə, qonşu ölkəyə bu qədər səbəbsiz işğala haqq qazandırmaq qeyri-mümkündür, çünki həmin Rusiya hakimiyyəti illərdir Ukraynanı qardaş adlandırırdı. Ukraynada dinc əhalinin qətliamını, dinc şəhərlərin atəşə tutulmasını, mühasirəyə alınmasını başa düşmək mümkün deyil. Bir aydan artıqdır ki, hər gün dinc sakinlər ölməkdə davam edir, bir neçə milyon adam  qaçqın vəziyyətinə düşüb və hər iki tərəf hərbi itkilər verir.  Ukraynalıları və Ukrayna hakimiyyətini faşist ideologiyasında ittiham etmək ən azı qəribə və gülüncdür Ukraynanın da faşizmlə mübarizəyə töhfə verdiyi İkinci Dünya Müharibəsinin tarixini və Ukraynanın hazırkı prezidenti Zelenskinin etnik köklərini xatırlayın".
 
Rus dili və ədəbiyyatı müəlliməsi Vera İvanova: " Mən Rusiyada baş verənlərə baxanda dünyaya rus gəldiyim üçün utanıram. Qardaş qardaşı öldürür. Putin hakimiyyəti bütün rus xalqını dünyada biabır edib. Nə üçün rus icması bizim adımızdan danışır, kim onlara səlahiyyət verib. Əsl faşizm Rusiyanın Ukraynada törətdikləridir".   
 
Gülnar Nazimqızı 
 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Metroda sərnişin qatar yoluna tullanıb
Cəmiyyət 22:45
Metroda sərnişin qatar yoluna tullanıb
Kürdəmirdə 10 hektardan çox ərazidə quru otlaq sahəsi və ağaclar yanıb
Cəmiyyət 20:10
Kürdəmirdə 10 hektardan çox ərazidə quru otlaq sahəsi və ağaclar yanıb
Faktiki hava açıqlanıb
Cəmiyyət 19:30
Faktiki hava açıqlanıb
Son bir həftədə yaşıllıqlara 225 min manatdan çox ziyan vurulub
Cəmiyyət 18:03
Son bir həftədə yaşıllıqlara 225 min manatdan çox ziyan vurulub
Müasir suvarma tətbiq olunan sahələr 300 min hektara çatdırılacaq - nazir
Cəmiyyət 17:47
Müasir suvarma tətbiq olunan sahələr 300 min hektara çatdırılacaq - nazir

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbçiləri təltif edilib -SİYAHI
Cəmiyyət 15:40
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbçiləri təltif edilib -SİYAHI
Azərbaycan Almaniya ilə iqtisadi əməkdaşlığı genişləndirmək istəyir
Cəmiyyət 15:09
Azərbaycan Almaniya ilə iqtisadi əməkdaşlığı genişləndirmək istəyir
AYİB: Sənaye zonaları ekosistemlərə çevrilir
Cəmiyyət 13:45
AYİB: Sənaye zonaları ekosistemlərə çevrilir

Bu marşrutların hərəkət sxemidəyişdirilib
Cəmiyyət 13:13
Bu marşrutların hərəkət sxemidəyişdirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol