Sergey Şoyqu Ukraynadakı hərbi əməliyyatların gedişindən danışıb
Martın 11-dən bəri mətbuata səhhəti ilə bağlı kütləvi açıqlamalar etməyən Rusiyanın müdafiə naziri Sergey Şoyqu çərşənbə axşamı Ukraynadakı hərbi əməliyyatların gedişatını geniş şərh edib.
O, "qarşıya qoyulan məqsədlərə nail olunana qədər” Ukraynada hərbi əməliyyatların dayandırılmayacağını və hərbi xidmətə çağırışın artırmayacağını bildirib.
Şoyquya görə, "qarşıya qoyulan məqsəd" dedikdə o, "Donbasın azad edilməsini” nəzərdə tutub.
Bu arada Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyası vətəndaşlarının 2022-ci ilin aprel-iyulunda hərbi xidmətə çağırılması və çağırışçıların hərbi xidmətdən xaric edilməsi haqqında fərman imzalayıb.Bu barədə İnterfax xəbər verir.
"2022-ci il aprelin 1-dən iyulun 15-dək ehtiyatda olmayan və federal qanuna uyğun olaraq hərbi xidmətə çağırılmalı olan 18-27 yaş arası Rusiya Federasiyası 134.500 vətəndaşın hərbi xidmətə çağırışı təmin edilsin, - prezidentin rəsmi saytında yerləşdirilmiş fərmanda deyilir.
Həmin sərəncamla prezident hərbi xidmət müddəti başa çatmış əsgər, matros, çavuş və komandirlərin hərbi xidmətdən xaric edilməsi haqqında qərar verib.
Rusiya Federasiyası Hökumətinə, təsis qurumlarının icra hakimiyyəti orqanlarına və çağırış komissiyalarına müvafiq tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər