• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ Rusiyaya kömək edəcəyi təqdirdə Çini hədələyib

ABŞ Rusiyaya kömək edəcəyi təqdirdə Çini hədələyib
19.04.2022 22:30
Amerika Birləşmiş Ştatları Rusiyaya silah tədarük edəcəyi və ya sanksiyalardan yan keçməyə kömək edəcəyi halda Çinin ciddi nəticələrlə üzləşəcəyini bəyan edib.

Bu barədə aprelin 18-də Dövlət Departamentinin nümayəndəsi Ned Prays keçirdiyi brifinqdə deyib.


"Əgər Çin Rusiyaya silah tədarükü üzərində işləsə, Rusiyaya sanksiyalardan yan keçməyə kömək etsə, bu, təkcə bizim tərəfimizdən deyil, həm də müttəfiqlərimiz, tərəfdaşlarımız tərəfindən ciddi nəticələrə səbəb olacaq”, - Ned Prays deyib.


ABŞ-ın maliyyə nazirinin müavini Uolli Adeyemo da bildirmişdi ki, Rusiya əleyhinə sanksiyaların növbəti hədəfi hərbi sənaye kompleksidir.


Rusiya Prezidenti Vladimir Putin fevralın 24-də Ukraynada "xüsusi hərbi əməliyyatın” başlandığını elan edib.


Döyüşlər zamanı rus qoşunları Ukraynanın cənubunda Xerson şəhəri ilə yanaşı, Xarkov vilayətində və Donbasda da ərazilərin bir hissəsini işğal ediblər.


Bir müddət sonra Rusiya qoşunları Kiyevdən və Ukraynanın şimalından geri çəkilib.


BMT-nin məlumatına görə, 4,7 milyondan çox ukraynalı ölkəni tərk edib, iki minə yaxın mülki əhali həlak olub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrail ordusu HƏMAS və "Hizbullah" üzvlərinə hücum edib
Dünya 22:35
İsrail ordusu HƏMAS və "Hizbullah" üzvlərinə hücum edib
İstanbulda narkotiklərlə bağlı 164 nəfər həbs edilib
Dünya 21:07
İstanbulda narkotiklərlə bağlı 164 nəfər həbs edilib
Tramp İranın Hörmüz boğazı ilə bağlı təklifini rədd edib
Dünya 18:24
Tramp İranın Hörmüz boğazı ilə bağlı təklifini rədd edib
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
Dünya 23:50
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Dünya 23:06
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Dünya 21:20
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
Dünya 17:04
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Dünya 00:01
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
Dünya 23:04
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol