• $
  • €
  • ₽
  • ₺
  • £

Saleh Rüstəmli əfv oluna bilər – Siyahıda ömürlük məhbus da var

Saleh Rüstəmli əfv oluna bilər – Siyahıda ömürlük məhbus da var
28.04.2022 12:24
Hüquq müdafiəçiləri "siyasi məhbus" hesab edilən 37 nəfərin əfv edilməsi üçün onların sənədlərini Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasına təqdim edib. Bu barədə hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu məlumat verib. 
 
Onun sözlərinə gərə, siyahı artıq komissiyaya göndərilib.
 
"Həbsdə olan jurnalistlər, bloqerlər, hüquq müdafiəçiləri, qəzet redaktorları və digərləri bu siyahıya daxildir. Əfv Məsələləri Komissiyasına göndərdiyimiz siyahıda AXCP fəalı Saleh Rüstəmli, ömürlük həbs cəzası alan Şəmsi Səmədzadə, sabiq deputat Hüseyn Abdullayev və digər tanınmışların da adı var”, - o bildirib.
 
Hüquq müdafiəçisi sabiq deputat Eldəniz Səlimovun siyahıya salınıb-salınmaması ilə bağlı sualımızı da cavablandırıb. Novella Cəfəroğlu bildirib ki, Eldəniz Səlimov bununla bağlı onlara müraciət etməyib.
 
Azərbaycanda 28 May Müstəqillik Günü ilə əlaqədar əfv sərəncamının imzalanması gözlənilir. (modern.az)

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Metroda sərnişin qatar yoluna tullanıb
Cəmiyyət 22:45
Metroda sərnişin qatar yoluna tullanıb
Kürdəmirdə 10 hektardan çox ərazidə quru otlaq sahəsi və ağaclar yanıb
Cəmiyyət 20:10
Kürdəmirdə 10 hektardan çox ərazidə quru otlaq sahəsi və ağaclar yanıb
Faktiki hava açıqlanıb
Cəmiyyət 19:30
Faktiki hava açıqlanıb
Son bir həftədə yaşıllıqlara 225 min manatdan çox ziyan vurulub
Cəmiyyət 18:03
Son bir həftədə yaşıllıqlara 225 min manatdan çox ziyan vurulub
Müasir suvarma tətbiq olunan sahələr 300 min hektara çatdırılacaq - nazir
Cəmiyyət 17:47
Müasir suvarma tətbiq olunan sahələr 300 min hektara çatdırılacaq - nazir

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbçiləri təltif edilib -SİYAHI
Cəmiyyət 15:40
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbçiləri təltif edilib -SİYAHI
Azərbaycan Almaniya ilə iqtisadi əməkdaşlığı genişləndirmək istəyir
Cəmiyyət 15:09
Azərbaycan Almaniya ilə iqtisadi əməkdaşlığı genişləndirmək istəyir
AYİB: Sənaye zonaları ekosistemlərə çevrilir
Cəmiyyət 13:45
AYİB: Sənaye zonaları ekosistemlərə çevrilir

Bu marşrutların hərəkət sxemidəyişdirilib
Cəmiyyət 13:13
Bu marşrutların hərəkət sxemidəyişdirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol