• $ 1.7
  • € 1.98
  • ₽ 0.022094
  • ₺ 0.04
  • £ 2.266

Azərbaycan Avropa qaz bazarında Rusiya ilə rəqabət aparmaq niyyətində deyil - Prezident

Azərbaycan Avropa qaz bazarında Rusiya ilə rəqabət aparmaq niyyətində deyil -  Prezident
29.04.2022 14:21
Azərbaycan İtaliyaya qaz ixracını  iki dəfə artıra bilər, lakin bunun üçün Trans-Adriatik qaz kəmərinin (TAP) ötürmə qabiliyyətini artırmaq lazımdır, - cümə günü Azərbaycan prezidenti İlham Əliyev "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransın iştirakçıları ilə görüşündə deyib.

"Azərbaycan qazının İtaliyaya ixracını iki dəfə artırmaq olar, lakin bunun üçün TAP-ın imkanlarını artırmaq lazımdır. Mən bu məsələni İtaliyanın baş naziri Mario Draqi və İtaliyanın xarici işlər naziri Luici DiMaio ilə müzakirə etmişəm", - Əliyev deyib.

O, həmçinin qeyd edib ki, əlavə kompressor stansiyalarının quraşdırılması ilə TAP-ın ötürücülük qabiliyyəti 20 milyard kubmetr qaza kimi  çatdırıla bilər.
 
"Texniki detallara varmayacağam, lakin bunun üçün TAP-ın səhmdarları konsensusa gəlməli və müvafiq investisiya qərarı verməlidir. Başa düşmək lazımdır ki, bu məsələ bir aya həll oluna bilməz", - Əliyev bildirib.

Prezident vurğulayıb ki, Azərbaycan Avropa qaz bazarında Rusiya ilə rəqabət aparmaq niyyətində deyil.

"Biz heç vaxt qaz bazarında Rusiya ilə rəqabət aparmağı ağlımıza belə gətirməmişik, çünki ixrac edilən həcmlər müqayisəyə gəlməzdir”, - o əlavə edib.

TAP-ın ümumi uzunluğu 878 kilometrdir. O, "Şahdəniz” yatağından Yunanıstan və Albaniyadan keçməklə ildə 10 milyard kubmetr qazın Qərbi Avropaya nəqli üçün nəzərdə tutulub. Qaz kəmərinin layihəsi onun ötürmə qabiliyyətini ildə 20 milyard kubmetrə çatdırmağa imkan verir.
    
Azərbaycan qazının TAP qaz kəməri ilə İtaliya, Yunanıstan və Bolqarıstana ixracı 2020-ci il dekabrın 31-dən başlayıb.

2022-ci ilin iyununda Yunanıstan-Bolqarıstan interkonnektorunun istismara verilməsindən sonra Bolqarıstana veriləcək  Azərbaycan qazının həcmi də 2021-ci ildə olan 300 milyon kubmetrdən bu il 1 milyard kubmetrə kimi artacaq. 
    
TAP layihəsinin sahibləri SOCAR (20%), BP (20%), Snam  (20%), Fluxys (19%), Enagas  ( 16% və Axpo (5%). Layihənin dəyəri 4,5 milyard avrodur.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qazaxıstan Almaniyaya 1,2 milyon ton neft ixrac etməyi planlaşdırır
İqtisadiyyat 17:24
Qazaxıstan Almaniyaya 1,2 milyon ton neft ixrac etməyi planlaşdırır
STEAS uğurun təminatı — zamanın tələblərinə  cavab verən marketinq - TƏHLİL
İqtisadiyyat 09:03
STEAS uğurun təminatı — zamanın tələblərinə cavab verən marketinq - TƏHLİL
Azərbaycan qazını alan ölkələrin coğrafiyası genişlənib  - İlham Əliyev
İqtisadiyyat 23:06
Azərbaycan qazını alan ölkələrin coğrafiyası genişlənib - İlham Əliyev
2024-cü ildə ÜDM 4% artıb - Prezident Əliyev
İqtisadiyyat 21:22
2024-cü ildə ÜDM 4% artıb - Prezident Əliyev
Carlsberg Rusiyadakı biznesini 320 milyon dollardan çox məbləğə satıb
İqtisadiyyat 18:10
Carlsberg Rusiyadakı biznesini 320 milyon dollardan çox məbləğə satıb
Qazaxıstan BTC ilə neft nəqlini artırıb, Almaniyaya ixracı azaldıb
İqtisadiyyat 07:34
Qazaxıstan BTC ilə neft nəqlini artırıb, Almaniyaya ixracı azaldıb
Azərbaycanda neft hasilatı 4,8% azalıb
İqtisadiyyat 18:24
Azərbaycanda neft hasilatı 4,8% azalıb
BP Azərbaycanda qaz hasilatını artırıb
İqtisadiyyat 15:03
BP Azərbaycanda qaz hasilatını artırıb
Aİ 92-nin və dizelin qiyməti sabahdan qalxır
İqtisadiyyat 20:37
Aİ 92-nin və dizelin qiyməti sabahdan qalxır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol