Türkiyə suriyalı qaçqınlar üçün 200 min ev tikəcək
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan suriyalı qaçqınlar üçün evlər tikiləcəyini açıqlayıb.
Türkiyə mətbuatı xəbər verir ki, Ərdoğan bu barədə hökumətin iclasından sonra xalqa müraciətində deyib. O bildirib ki, Türkiyəyə sığınan suriyalılar üçün həmin ölkədə təxminən 200 min ev tikiləcək .
"Biz qaçqınlar üçün 200 min ev tikmək layihəsinə başlayırıq”-deyə o vurğulayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər