• $ 1.7
  • € 1.9592
  • ₽ 0.021249
  • ₺ 0.0431
  • £ 2.3008

Ermənistan Azərbaycan anklavlarını qaytarmq niyyətində deyil

Ermənistan Azərbaycan anklavlarını qaytarmq niyyətində deyil
14.05.2022 13:52
Ermənistan 1992-94-cü illərdə Birinci Qarabağ Müharibəsi zamanı erməni ordusunun işğal etdiyi Azərbaycan anklavlarının qaytarılması niyyətilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatına rəsmi səviyyədə cavab verərək onları qaytarmaq niyyətində olmadığını bildiirb. 

"Azərbaycanın anklavları tələb etmək üçün heç bir hüquqi əsası yoxdur və  Azərbaycan xarici işlər nazirinin müavininin bəyanatı isə heç bir hüquqi sənədə əsaslanmayıb", -  Ermənistan Respublikasının xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan İctimai Televiziyaya müsahibəsində bildirib.

Mayın 5-də Ermənistan Təhlükəsizlik Şurasının katibi bildirib ki, anklavlar məsələsi müzakirə olunmur və Azərbaycan da  rəsmi səviyyədə bu məsələni heç  qaldırmayıb.

Marukyan deyib ki, Yerevan Ermənistan ərazisindəki hər hansı anklavla bağlı Bakıdan hüquqi əsaslandırma və ya hüquqi sənədlər almayıb.
 
"Müxtəlif xəritələr dərc olunub, lakin çox mühüm bir hal var. Tərəflərdən birinin dərc etdiyi xəritə ərazinin bu və ya digər tərəfə məxsus  olmasına qanuni əsas deyil. İstənilən xəritə hüquqi sənədə əsaslanmalıdır", - səfir bildirib.

Bundan əlavə, o deyib ki, rəsmi Yerevanın "Azərbaycan ərazisindəki anklavlara” hüquqi əsası var və erməni tərəfi  bu "əsasları” Azərbaycanla danışıqlar zamanı ortaya qoymaq niyyətindədir. 

Marukyan həmçinin bildirib ki,  Ermənistan Azərbaycanın İkinci Qarabağ savaşından sonra nəzarətə götürdüyü bəzi ərazilərdən də  Azərbaycan silahlı qüvvələrinin çıxarılmasını tələb etməkdə davam edir.

Anklavlar barədə ilk dəfə 2021-ci il mayın 28-də Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan danışıb. O, Azərbaycana ərazi mübahisələrini həll etmək üçün sovet dövründən mövcud olan anklavlarla mübadilə etməməyi təklif edib.

"Əgər kimsə anklava malik olduğunu iddia edirsə  biz də deyirik ki, bizim də anklavlarımız var. Beynəlxalq təcrübədə qərarlar olub. Bu, belədir - bu baxımdan əraziyə kim sahibdirsə, o ərazi ona qalır və bu məsələ qarşılıqlı razılıq əsasında həll olunur”, - Paşinyan rəhbərlik etdiyi Mülki Müqavilə Partiyasının fəalları ilə görüşündə bildirib. 

Bu il mayın 5-də brifinqdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da  Paşinyanın təklifini təkrar səsləndirib.
 
"Həm Azərbaycanda, həm də Ermənistanda anklavlar var,  əraziləri demək olar ki, bərabərdir. Ümid edirik ki, mümkün həll yolu belə olacaq ki,  Ermənistan və Azərbaycan anklavları ölkələri ərazilərində olduğu kimi saxlayacaq”.

Mayın 10-da Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov isə bu bəyanata  cavab verərək deyib ki, bu torpaqlar Azərbaycan ərazisidir.
 
"Bu ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması delimitasiya prosesini tələb edir. Ona görə də məsələyə bu çərçivədə baxılacaq. Bu məsələlər müzakirə və həll olunacaq”,  - Xələfov deyib. 

Rəyi soruşulan  erməni siyasətçilər və politoloqlar isə hesab edir ki, Yerevan anklavları Azərbaycana qaytarmağa borclu deyil və bunu ərazilərin ermənilərə tarixi məxsusluğu və onlardan erməni əhalinin həyatı üçün mühüm əhəmiyyət kəsb edən yolların çəkilməsilə izah edirlər.

Politoloq İlqar Vəlizadə Turan-ın sualını cavablandırarkən deyib ki, əgər tərəflər ərazi bütövlüyünün sovet dönəmində mövcud olmuş sərhədlər çərçivəsində tanınmasına razılaşarsa, o zaman bütün anklavlar öz sahiblərinə qaytarılmalıdır, Ermənistan ərazisindəki anklavlar Azərbaycana qaytarılmalıdır,  erməni tərəfin "Arsvaşen” adlandırdığı Başkənd anklavı isə Ermənistana verilə bilər.

Əgər danışıqlar zamanı tərəflər anklav kəndlərin ərazilərini indi olduqları vəziyyətdə saxlamağa razılaşsalar, o zaman mübadilə bərabər şəkildə olmayacaq, çünki Azərbaycanın Gədəbəy rayonu yaxınlığındakı Başkənd (Artsvaşen) anklav erməni kəndi Qazax rayonu və Naxçıvanda erməni əhatəsindəki Azərbaycan kəndlərindən kiçikdir”,- Vəlizadə əlavə edib.

1992-ci ildə Azərbaycan ordusunun tutduğu Başkənd (Arsvaşen) erməni yaşayış məntəqəsi 40 kvadrat kilometrlik ərazini əhatə edir. 

Həmin dövrdə Ermənistan ordusu Azərbaycanın Qazax rayonuna bitişik yeddi kəndini və Naxçıvan Muxtar Respublikasına  aid bir kəndi (Kərki) işğal edib.

Yuxarı Əskipara - 8.6 kv. km,
Aşağı Əskipara - 9.1 kv. km,
Bağanis Ayrım - 40 kv. km,
Bərxudarlı - 10,1 kv. km,
Cofulu - 22 kv. km,
Qızıl Hacılı - 11 kv. km,
Xeyrimli - 4.1 kv. km,
Kərki (Naxçıvan MR) - 19,2 kv. km.

Qazax rayonunun işğal edilmiş yeddi kəndinin və Naxçıvan Muxtar Respublikasının bir kəndinin ümumi sahəsi 124 kvadrat kilometrdir ki, bu da Başkənd yaşayış məntəqəsinin ərazisindən üç dəfə böyükdür.
 
Hazırladı: N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Siyasət 14:39
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Siyasət 15:17
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Azərbaycan XİN Rusiyadan  Bakıda
Siyasət 15:22
Azərbaycan XİN Rusiyadan Bakıda "Rus evini" bağlamağı tələb edib
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Siyasət 15:16
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Siyasət 17:26
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
Siyasət 14:00
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var -  Reuters
Siyasət 21:23
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var - Reuters
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın
Siyasət 12:15
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
Siyasət 18:10
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol