• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell-in baş sponsorluğu ilə “Bakı Marafonu-2022” baş tutdu

Azercell-in baş sponsorluğu ilə “Bakı Marafonu-2022” baş tutdu
17.05.2022 11:59
Lider mobil operator yarışın qaliblərini mükafatlandırdı

May ayının 15-i Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, "Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə "Bakı Marafonu – 2022” baş tutdu. Minlərlə idmansevər Bakı Bulvarında toplaşaraq  "Küləyə qalib gəl” şüarı altında həyata keçən bu yarışa qatıldı.

Ölkəmizin idman təqvimində mühüm yer alan "Bakı Marafonu”nun 5 illik yubileyi bir sıra yeniliklər ilə yadda qaldı. Belə ki, yarışçılar üçün yeni marşrut tətbiq edilərək start və finiş nöqtəsi eyni məkanda yerləşdirildi. İştirakçılar Dövlət Bayrağı meydanında toplaşaraq 21 kilometrlik məsafəni qət edib yenidən bu nöqtəyə qayıtdılar. Bu yenilik xüsusi hazırlığı olmayan iştirakçılara ehtiyac yarandığı halda başlanğıc nöqtəsinə qayıdaraq qalibləri qarşılamaq imkanı yaratdı.

2017-ci ildən etibarən tədbirə tərəfdaşlıq edən Azercell növbəti dəfə abunəçilərini sağlam həyat tərzi sürməyə səslədi. Ənənəvi olaraq bu il də təşkil edilən marafona "Azercell Telekom” MMC-nin prezidenti və rəhbər heyəti, eləcə də şirkət əməkdaşları və Azercell-in korporativ abunəçiləri qatıldı.
Yarışın rəqəmsal tərəfdaşının dəstəyilə iştirakçıların qaçış nömrələrinin üzərinə xüsusi cihaz – çip yerləşdirildi. Bu texnoloji həll mobil operatorun "Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” kimi səslənən strateji məqsədinin tələblərinə də tam cavab verdi. Belə ki,  marafonda iştirak edən hər kəsin marşrut boyu göstəricilərini detallı şəkildə görmək, finiş xəttini keçərkən göstərdiyi nəticəni izləmək imkanı yaradıldı. 

Qaliblər Azercell tərəfindən xüsusi hədiyyələr ilə mükafatlandırıldı. Finiş xəttini keçən ilk üç qadın və ilk üç kişi iştirakçıya lider mobil operator xüsusi hədiyyələr, 010 prefiksli prestijli nömrə və "Sərbəst 15” tarif paketinə 6 aylıq abunəlik hədiyyə etdi.  Azercell "Bakı Marafonu”nda iştirak edən tələbələri də diqqət mərkəzində saxladı.  Tələbələr arasında birinci yeri tutan xanım və kişi iştirakçıya xüsusi hədiyyələr, 010 prefiksli prestijli nömrə və 6 aylıq pulsuz istifadə müddəti olan "GəncOL9” tarif paketi təqdim edildi. 

Yarışçılara dəstək olmaq  üçün tədbirə qatılanlar da asudə vaxtlarını yüksək dəyərləndirdilər. Musiqi ilə müşayiət edilən tədbirdə atletlər zonasında pilates məşqləri təşkil edildi, uşaqlar üçün əyləncə zonasında isə marafonun kiçik qonaqları xüsusi proqram ilə qarşılandı. Marafon məşhur mügənnilərin konsert proqramı ilə yekunlaşdı. 









www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Metroda sərnişin qatar yoluna tullanıb
Cəmiyyət 22:45
Metroda sərnişin qatar yoluna tullanıb
Kürdəmirdə 10 hektardan çox ərazidə quru otlaq sahəsi və ağaclar yanıb
Cəmiyyət 20:10
Kürdəmirdə 10 hektardan çox ərazidə quru otlaq sahəsi və ağaclar yanıb
Faktiki hava açıqlanıb
Cəmiyyət 19:30
Faktiki hava açıqlanıb
Son bir həftədə yaşıllıqlara 225 min manatdan çox ziyan vurulub
Cəmiyyət 18:03
Son bir həftədə yaşıllıqlara 225 min manatdan çox ziyan vurulub
Müasir suvarma tətbiq olunan sahələr 300 min hektara çatdırılacaq - nazir
Cəmiyyət 17:47
Müasir suvarma tətbiq olunan sahələr 300 min hektara çatdırılacaq - nazir

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbçiləri təltif edilib -SİYAHI
Cəmiyyət 15:40
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbçiləri təltif edilib -SİYAHI
Azərbaycan Almaniya ilə iqtisadi əməkdaşlığı genişləndirmək istəyir
Cəmiyyət 15:09
Azərbaycan Almaniya ilə iqtisadi əməkdaşlığı genişləndirmək istəyir
AYİB: Sənaye zonaları ekosistemlərə çevrilir
Cəmiyyət 13:45
AYİB: Sənaye zonaları ekosistemlərə çevrilir

Bu marşrutların hərəkət sxemidəyişdirilib
Cəmiyyət 13:13
Bu marşrutların hərəkət sxemidəyişdirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol