• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və Litva prezidentlərinin müzakirə etdiyi məsələlər açıqlanıb

Azərbaycan və Litva prezidentlərinin müzakirə etdiyi məsələlər açıqlanıb
18.05.2022 15:07
Azərbaycan və Litva prezidentlərinin müzakirə etdiyi məsələlər açıqlanıb.

"Bir qədər əvvəl biz cənab Prezidentlə ikitərəfli əməkdaşlığımızın müxtəlif mühüm məsələləri, eləcə də regional inkişaf, sözsüz ki, Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı ilə bağlı çox yaxşı və geniş müzakirələr apardıq. Biz baxışlarımızda çox oxşarlıq olduğunu görürük". Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə geniş tərkibdə görüşü zamanı deyib.

"İkitərəfli əlaqələrin inkişafına gəlincə, biz çox nikbin fikirdəyik. Biz cənab Prezidentlə iqtisadi sektorda ümidverici olduğunu düşündüyümüz sahələri müzakirə etdik. Düşünürəm ki, bu gün nümayəndə heyətlərinin üzvləri artıq təmaslara başlayıb və bunu davam etdirəcəklər. Çünki müxtəlif sahələrə məsul olan şəxslər arasında birbaşa şəxsi təmaslar qurmaq vacibdir. Əlbəttə ki, biznes forum çox ümidvericidir. Bilirəm ki, sənədlər imzalanacaq, həmçinin mühüm olan odur ki, biznes dairələrimiz arasında birbaşa təmaslar qurulacaq. Cənab Prezidentlə müzakirə etdiyimiz kimi, potensial əməkdaşlıq sahələri, - informasiya texnologiyalarından başlayaraq, kənd təsərrüfatı, turizm, enerji, bərpa olunan enerji mənbələri, nəqliyyata qədər, - həqiqətən də çox genişdir. Düşünürəm ki, biz çox yaxşı nəticələrə nail ola bilərik. Çünki bizim münasibətlərimizin çox yaxşı siyasi təməli var və Prezidentin rəsmi səfəri ikitərəfli əlaqələrdə mühüm amildir", - Prezident qeyd edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya və Azərbaycan Aktauda baş vermiş təyyarə qəzası ilə bağlı birgə araşdırma aparacaq
11:57
Rusiya və Azərbaycan Aktauda baş vermiş təyyarə qəzası ilə bağlı birgə araşdırma aparacaq
Azərbaycan bayrağı Strasburqda AŞPA-nın qərargahı qarşısında endirilib
16:00
Azərbaycan bayrağı Strasburqda AŞPA-nın qərargahı qarşısında endirilib
Rüfət Səfərovun həbs qərarına verilən apelyasiya şikayəti təmin olunmadı
14:21
Rüfət Səfərovun həbs qərarına verilən apelyasiya şikayəti təmin olunmadı
Şəhidlərin xatirəsinə həsr olunan tamaşa nümayiş olunub
20:04
Şəhidlərin xatirəsinə həsr olunan tamaşa nümayiş olunub
Milli Məclisin plenar iclası başlayıb, gündəlikdə 15 məsələ var
11:19
Milli Məclisin plenar iclası başlayıb, gündəlikdə 15 məsələ var
Rusiya PUA-ları Zaporojye infrastrukturuna zərbələr endirib
17:17
Rusiya PUA-ları Zaporojye infrastrukturuna zərbələr endirib
Mərkəzi Bankın məqsədi ölkədə makroiqtisadi sabitliyi təmin etməkdir - Kazımov
14:57
Mərkəzi Bankın məqsədi ölkədə makroiqtisadi sabitliyi təmin etməkdir - Kazımov
Azərbaycan Çinin BYD şirkəti ilə müqavilə imzalayıb
13:01
Azərbaycan Çinin BYD şirkəti ilə müqavilə imzalayıb
Rusiyalıların əksəriyyəti Ukrayna müharibəsini dəstəkləyir  - SORĞU
09:54
Rusiyalıların əksəriyyəti Ukrayna müharibəsini dəstəkləyir - SORĞU
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol