• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda multikultural perspektivlərlə bağlı beynəlxalq konfrans keçirilir

Bakıda multikultural perspektivlərlə bağlı beynəlxalq konfrans keçirilir
19.05.2022 09:30
Bakıda G20 Dinlərarası Forum regional hazırlıq iclası çərçivəsində "Prioritet qlobal məsələlər üzrə multikultural perspektivlər” adlı beynəlxalq konfrans keçirilir.

Tədbirin təşkilatçısı Qafqaz Müsəlmanları İdarəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, G20 Dinlərarası Forum Assosiasiyası və ABŞ Stirling Fondudur.


Konfransda Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullayev, G20 Dinlərarası Forum Assosiasiyasının Prezidenti, Beynəlxalq Hüquq və Din Araşdırmaları Mərkəzinin təsisçi direktoru U.Koul Durham (ABŞ), Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov və digər rəsmi şəxslər iştirak edirlər.


Tədbir açılış mərasimindən sonra 3 panel üzrə sessiya ilə davam edəcək.


"Sülhquruculuq, Sülhməramlılıq və Sabitlik üzrə Dinin Rolu” adlı birinci sessiyada Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı (Azərbaycan), Salam Sülh və Ədalət İnstitutunun prezidenti, Amerika Universitetinin Beynəlxalq Sülh və Münaqişələrin Həlli üzrə professoru Məhəmməd Əbu-Nimer (ABŞ), İranın Mədəniyyət və İslam Əlaqələri üzrə Dövlət Təşkilatının keçmiş sədri (İran İslam Respublikası), Əbuzar-İbrahimi Torkaman, Beynəlxalq Din və Diplomatiya Mərkəzinin prezidenti Ceyms Patton (ABŞ), G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti U. Koul Durham, Jr (ABŞ), İstanbul Rumeli Universitetinin professoru və keçmiş baş direktor və IRCICA-nın (İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi) keçmiş baş direktoru, İslam Əməkdaşlıq Təşkilatının nümayəndəsi Xalid Ərən (Türkiyə), MÜSLİM İnstitutunun rektoru və Pakistanın Cunaqad əyalətinin Devanı Martin Kottingem, İslami Yardımın Ümumdünya Xarici Əlaqələr və Təbliğat üzrə direktoru H.E.Sahibzadə Sultan Əhməd Əlinin (Pakistan) məruzələri dinləniləcək.


"Tolerantlıq və multikulturalizm: regional və dini perspektivlər” adlı ikinci sessiyada ICESCO-nun dialoq üzrə səfiri və WMCC (Dünya Media və Mədəniyyət Mərkəzi) idarə heyətinin üzvü, MJLC Avropa Müsəlman-Yəhudi liderləri şurasının vitse-prezidenti İmam Yahya Sergio Yahe Pallavicini (İtaliya), Yetmişlər Kvorumu, İsa Məsihin Son Zamanlar Müqəddəsləri Kilsəsinin nümayəndəsi Erix V.H.Kopişke (ABŞ), Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev (Azərbaycan), Danimarka İnsan Hüquqları İnstitutunun tədqiqatçısı Mari Jul Petersen (Danimarka), Dünya Dinləri Parlamentinin keçmiş prezidenti; G20 Dinlərarası İdarə Heyətinin üzvü Audrey Kitaqava (ABŞ), Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksey Nikonorov (Azərbaycan) məruzələrlə çıxış edəcəklər.


"COVID-lə mübarizədə dinin roluna dair regional perspektivlər” adlı üçüncü sessiyada Dövlət Departamentinin Demokratiya, İnsan Haqları və Əmək Bürosunun (DRL) Keçmiş Katibinin Köməkçisi, ABŞ Dövlət Departamenti, Amerika Katolik Universitetinin hüquq professoru Robert A.Destro (ABŞ), Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekti, Yepiskop Vladimir Fekete (Azərbaycan), Avropa Yəhudilərinin Bakı Dini İcmasının rəhbəri Aleksandr Şarovski (Azərbaycan), Yunanıstanın Saloniki Aristotel Universitetinin İlahiyyat fakültəsinin dekanı Nikolaos Maqioros (Yunanıstan), Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili (Azərbaycan) və Xorvatiyanın Zaqreb Universitetinin hüquq fakültəsinin dosenti Vanya Saviç (Xorvatiya) iştirak edəcəklər.


Panellər üzrə Azərbaycan İlahiyyat İnstitutunun Dinşünaslıq kafedrasının müdiri Anar Qafarov (Azərbaycan), Stirling Fondunun prezidenti Edvard Rou (ABŞ) və Dünya Dinlərinin Dialoq İnkişafının icraçı direktoru (Din, Sülh və Dünya İşləri üzrə Berkley Mərkəzi, Georgetown Universiteti) Ketrin Marşal (ABŞ) moderatorluq edəcəklər.


Panellər müzakirə və sual-cavab sessiyası ilə yekunlaşacaq.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Metroda sərnişin qatar yoluna tullanıb
Cəmiyyət 22:45
Metroda sərnişin qatar yoluna tullanıb
Kürdəmirdə 10 hektardan çox ərazidə quru otlaq sahəsi və ağaclar yanıb
Cəmiyyət 20:10
Kürdəmirdə 10 hektardan çox ərazidə quru otlaq sahəsi və ağaclar yanıb
Faktiki hava açıqlanıb
Cəmiyyət 19:30
Faktiki hava açıqlanıb
Son bir həftədə yaşıllıqlara 225 min manatdan çox ziyan vurulub
Cəmiyyət 18:03
Son bir həftədə yaşıllıqlara 225 min manatdan çox ziyan vurulub
Müasir suvarma tətbiq olunan sahələr 300 min hektara çatdırılacaq - nazir
Cəmiyyət 17:47
Müasir suvarma tətbiq olunan sahələr 300 min hektara çatdırılacaq - nazir

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbçiləri təltif edilib -SİYAHI
Cəmiyyət 15:40
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbçiləri təltif edilib -SİYAHI
Azərbaycan Almaniya ilə iqtisadi əməkdaşlığı genişləndirmək istəyir
Cəmiyyət 15:09
Azərbaycan Almaniya ilə iqtisadi əməkdaşlığı genişləndirmək istəyir
AYİB: Sənaye zonaları ekosistemlərə çevrilir
Cəmiyyət 13:45
AYİB: Sənaye zonaları ekosistemlərə çevrilir

Bu marşrutların hərəkət sxemidəyişdirilib
Cəmiyyət 13:13
Bu marşrutların hərəkət sxemidəyişdirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol