• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni rektor kollektivə təqdim olundu

Yeni rektor kollektivə təqdim olundu
24.05.2022 15:45
Ədliyyə Akademiyasının rektoru Şahin Məhərrəm oğlu Əliyev Akademiyanın kollektivinə təqdim olunub.
 
Ədliyyə Nazirliyi Mətbuat xidmətindən  verilən məlumata görə, ədliyyə naziri Fikrət Məmmədov Şahin Əliyevin keçdiyi həyat yolu və iş təcrübəsi barədə məlumat verib.
 
Nazir ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ədliyyə orqanlarının inkişafı ilə bağlı aparılan islahatlar çərçivəsində kadrların hazırlanması və yüksək keyfiyyətli tədrisin təşkili məsələlərinə xüsusi önəm verildiyini, Akademiyanın fəaliyyətinin səmərəliliyinin artırılması, potensialının gücləndirilməsi üzrə ardıcıl tədbirlərin görüldüyünü vurğulayıb, kadrların hazırlığının müasir çağırışlara uyğun təşkili, tədris prosesində ən müasir metodikaların və üsulların tətbiqi və digər qarşıda duran vəzifələri diqqətə çatdırıb.
 
Tədbirdə qeyd olunub ki, geniş dinləyici auditoriyasına malik olan Akademiya çoxminli ədliyyə işçilərinin, hakimlərin və hakimliyə namizədlərin, prokurorların, vəkillərin, mediatorların və digər hüquqşünasların, bələdiyyə üzvü və qulluqçularının tədrisini və peşə hazırlığını həyata keçirir. Ötən il 7000-ə yaxın şəxs icbari təlim və ixtisasartırma kurslarına cəlb olunub.
 
Eyni zamanda Akademiyada əhalinin az­tə­minatlı təbəqəsinə pulsuz hüquqi yardım göstərən Hüquq Klinikasının fəaliyyətinə toxunulub, tədris ocağının beynəlxalq əlaqələrinin genişləndiyi, Türkiyə, Ukrayna, Moldova və digər dövlətlərin təhsil qurumları, beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası, Avropa İttifaqı ilə səmərəli əməkdaşlıq etdiyi, hüquqşünasların tədrisi sahəsində birgə tədbirlərin keçirildiyi və beynəlxalq təlimçilərin cəlb olunduğu vurğulanıb.
 
Şahin Əliyev çıxış edərək, göstərilən yüksək etimada görə dövlət başçısına minnətdarlığını ifadə edib, Akademiyanın kadrların peşə səviyyəsinin yüksəldilməsi ilə bağlı çoxşaxəli fəaliyyət göstərdiyini və geniş tədris tədbirləri həyata keçirdiyini qeyd edərək qarşıda duran vəzifələrin uğurla icrası üçün səylərini əsirgəməyəcəyini söyləyib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Metroda sərnişin qatar yoluna tullanıb
Cəmiyyət 22:45
Metroda sərnişin qatar yoluna tullanıb
Kürdəmirdə 10 hektardan çox ərazidə quru otlaq sahəsi və ağaclar yanıb
Cəmiyyət 20:10
Kürdəmirdə 10 hektardan çox ərazidə quru otlaq sahəsi və ağaclar yanıb
Faktiki hava açıqlanıb
Cəmiyyət 19:30
Faktiki hava açıqlanıb
Son bir həftədə yaşıllıqlara 225 min manatdan çox ziyan vurulub
Cəmiyyət 18:03
Son bir həftədə yaşıllıqlara 225 min manatdan çox ziyan vurulub
Müasir suvarma tətbiq olunan sahələr 300 min hektara çatdırılacaq - nazir
Cəmiyyət 17:47
Müasir suvarma tətbiq olunan sahələr 300 min hektara çatdırılacaq - nazir

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbçiləri təltif edilib -SİYAHI
Cəmiyyət 15:40
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbçiləri təltif edilib -SİYAHI
Azərbaycan Almaniya ilə iqtisadi əməkdaşlığı genişləndirmək istəyir
Cəmiyyət 15:09
Azərbaycan Almaniya ilə iqtisadi əməkdaşlığı genişləndirmək istəyir
AYİB: Sənaye zonaları ekosistemlərə çevrilir
Cəmiyyət 13:45
AYİB: Sənaye zonaları ekosistemlərə çevrilir

Bu marşrutların hərəkət sxemidəyişdirilib
Cəmiyyət 13:13
Bu marşrutların hərəkət sxemidəyişdirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol