Ermənistan Azərbaycan ilə vəziyyəti gərginləşdirmək istəyir - MN-dən AÇIQLAMA
Ermənistan iriçaplı silahlardan istifadə edərək Azərbaycan sərhədində vəziyyəti gərginləşdirməyə çalışır. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat verib.
"Qarşı tərəfin gərginləşdirmə cəhdləri erməni ictimaiyyətinin diqqətini daxildə baş verən proseslərdən yayındırmaq məqsədi daşıyır. Qarşı tərəfin törətdiyi təxribatların nəticələrinə görə bütün məsuliyyət bu ölkənin hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - Nazirlikdən bildirilib.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən əlavə edildi ki, iyunun 2-si axşam saatlarından iyunun 3-ü gecə saatlarınadək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan mövqelərini qumbaraatan və iri çaplı silahlardan da istifadə etməklə növbəti dəfə atəşə tutub.
"Azərbaycan sərhədinin Basarkeçər rayonunun Yuxarı və Aşağı Şorca yaşayış məntəqələri istiqamətlərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqeləri vurulub. Ordumuzun bölmələri tərəfindən dərhal cavab tədbirləri görülüb. Şəxsi heyət və texnika baxımından itkimiz yoxdur. Hazırda bütün istiqamətlərdə vəziyyət bölmələrimizin tam nəzarəti altındadır", - məlumatda göstərilib.
www.anews.az