Qazaxıstanda referendumda seçicilərin 53,43 %-i iştirak edib
Qazaxıstanda keçirilən konstitusiya referendumunda seçici fəallığı tələb olunan 50%-lik həddi keçərək, yerli vaxtla saat 14:00 üçün 53,43% təşkil edib. Bu barədə brifinq zamanı ölkənin Mərkəzi Referendum Komissiyasının üzvü Anastasiya Şeqortsova bildirib.
Ən yüksək seçici fəallığı Qızılorda vilayətində qeydə alınıb. Nur-Sultanda seçicilərin 41,13%-i, Almatıda isə 23,6 %-i seçki məntəqələrinə gəlib ki, bu da respublika üzrə ən aşağı göstəricidir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox