Meymunçiçəyinə 27 ölkədə 780 yoluxma qeydə alınıb
Dünyada meymunçiçəyinə 780 yoluxma qeydə alınıb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında bildirib.
"2022-ci il mayın 13-dən iyunun 2-dək 780 meymunçiçəyi ilə bağlı laboratoriya tərəfindən təsdiqlənmiş hal qeydə alınıb. Bu məlumat meymunçiçəyi virusu üçün endemik olmayan 27 ölkədən daxil olub”-deyə, məlumatda qeyd olunub.
Aprel və mayda Qərbi Avropanın bir sıra ölkələrində yayılan meymunçiçəyi virusu digər qitələrdə də aşkarlanıb. Böyük Britaniyadan başqa, son yoluxma halları Avstraliya, Belçika, Almaniya, İspaniya, İtaliya, Kanada, Portuqaliya, ABŞ, Fransa, İsveçrə və İsveçdə də qeydə alınıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox