• $
  • €
  • ₽
  • ₺
  • £

Yasamal rayonunda xeyriyyə yarmarkası keçirilir

Yasamal rayonunda xeyriyyə yarmarkası keçirilir
06.06.2022 15:15
Bu gün Yasamal rayonunda xeyriyyə yarmarkası öz işinə başlayıb. "Sabah” qeyri-hökumət təşkilatı tərəfindən təşkil olunan yarmarkaının məqsədi kimsəsiz və məhdud fiziki imkanlı uşaqlara,  müharibə iştirakçılarına və onların övladlarına  dəstək olmaqdır.


Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Milli Məclsin deputatı Aydın Hüseynov, ictimai xadimlər, QHT təmsilçiləri iştirak etdilər.


Yarmarkanı giriş sözü ilə açan "Sabah” qeyri-hökümət təşkilatının təsisçisi Nəzrin Sadıxova xeyriyyəçiliyin cəmiyyətimiz üçün əhəmiyyətindən danışdı.


Yarmarka iştirakçıları qarşısında çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirdi ki, Azərbaycanda xeyriyyəçiliyin qədim ənənələri var. Belə ki, hələ ötən əsrin əvvələrində azərbaycanlı mesenatlar öz xeyriyyəçiliyi ilə insanlar arasında böyük hörmət qazanmışlar.Bu xeyriyyəçilik ənənələri bu gün də yaşayır və davam edir.
 
Heydər Əliyev Fondu və onun rəhbəri, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva öz xeyriyyəçilik fəaliyyəti ilə xalqın qəlbində böyük sevgi qazanıb. Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, elm, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirib. Bununla da Fond ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verib. Heydər Əliyev Fondu xeyriyyəçiliyin gözəl bir nümunəsini yaradıb. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirdi ki, Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qələbə qazanan Azərbaycan ordusu tarix yazdı. Bu gün şəhid ailələri və qazilər dövlətin diqqət və qayğısı ilə əhatə olunublar.


Daha sonra yarmarkada çıxış edən millət vəkili Aydın Hüseynov qeyd etdi ki, bu gün ölkəmizdə yardıma ehtiyacı olan insanlar var və indi əsas diqqət kimsəsiz və məhdud fiziki imkanlı uşaqlara, şəhid və qazi övladlarına yönəlib.Bu ailələrə və bu şəxslərə dəstək olmaq bir cəmiyyət olaraq bizim üçün əsas fəaliyyət istiqamətlərindən biridir.


Sərgi-yarmarkada əsasən internat məktəblərin fiziki qüsurlu şagirdlərinin və Vətən müharibəsi qazi övladlarının əl işləri nümayiş etdirildi. Yarmarkada nümayiş etdirilən əsərlərin satışından əldə edilən vəsait bilavasitə əsər müəlliflərinin hesablarına yatırılacaq.















www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Metroda sərnişin qatar yoluna tullanıb
Cəmiyyət 22:45
Metroda sərnişin qatar yoluna tullanıb
Kürdəmirdə 10 hektardan çox ərazidə quru otlaq sahəsi və ağaclar yanıb
Cəmiyyət 20:10
Kürdəmirdə 10 hektardan çox ərazidə quru otlaq sahəsi və ağaclar yanıb
Faktiki hava açıqlanıb
Cəmiyyət 19:30
Faktiki hava açıqlanıb
Son bir həftədə yaşıllıqlara 225 min manatdan çox ziyan vurulub
Cəmiyyət 18:03
Son bir həftədə yaşıllıqlara 225 min manatdan çox ziyan vurulub
Müasir suvarma tətbiq olunan sahələr 300 min hektara çatdırılacaq - nazir
Cəmiyyət 17:47
Müasir suvarma tətbiq olunan sahələr 300 min hektara çatdırılacaq - nazir

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbçiləri təltif edilib -SİYAHI
Cəmiyyət 15:40
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbçiləri təltif edilib -SİYAHI
Azərbaycan Almaniya ilə iqtisadi əməkdaşlığı genişləndirmək istəyir
Cəmiyyət 15:09
Azərbaycan Almaniya ilə iqtisadi əməkdaşlığı genişləndirmək istəyir
AYİB: Sənaye zonaları ekosistemlərə çevrilir
Cəmiyyət 13:45
AYİB: Sənaye zonaları ekosistemlərə çevrilir

Bu marşrutların hərəkət sxemidəyişdirilib
Cəmiyyət 13:13
Bu marşrutların hərəkət sxemidəyişdirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol