• $
  • €
  • ₽
  • ₺
  • £

Bəxtiyar Hacıyev Blinkenin müavini ilə görüşdü

Bəxtiyar Hacıyev Blinkenin müavini ilə görüşdü
14.06.2022 11:23
Azərbaycanda səfərdə olan ABŞ Dövlət Katibi Entoni Blinkenin köməkçi müavini Kara Makdonald ictimai fəal Bəxtiyar Hacıyevlə görüşüb. Bu barədə fəal özünün sosial şəbəkə hesabında məlumat verib.

"Bu gün Azərbaycanda səfərdə olan ABŞ Dövlət Katibi A. Blinkenin köməkçi müavini Kara McDonald ilə təxminən bir saatlıq görüşüm oldu. Görüşdə regionda baş verən hadisələr, ölkədə ümumi və ayrı-ayrı fəalların, jurnalistlərin, müxtəlif qrupların qarşılaşdıqları insan hüquqları sahəsindəki problemlər haqqında geniş, açıq və səmimi müzakirə getdi, Bayden administrasiyasının gələcəkdə atmasını gözlədiyimiz addımlarla bağlı geniş fikir mübadiləsi apardıq. Xanım diplomat ABŞ prezidenti Baydenin demokratiya və insan hüquqları məsələlərinin xarici siyasətdəki yeri ilə bağlı mövqeyini paylaşdı. Sonra qarşılıqlı maraq doğuran mövzularda söhbət davam etdi. Bu görüşə görə bu gün Brüsselə olan səfərimi bir gün ertələmişdim, digər görüşlər kimi formal, görüş xatirinə keçirilən görüş yox, əhatəli və məzmunlu, səmimi və açıq söhbət olmasına görə səfəri ertələməyimə məyus olmadım", - o bildirib.
 




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Metroda sərnişin qatar yoluna tullanıb
Cəmiyyət 22:45
Metroda sərnişin qatar yoluna tullanıb
Kürdəmirdə 10 hektardan çox ərazidə quru otlaq sahəsi və ağaclar yanıb
Cəmiyyət 20:10
Kürdəmirdə 10 hektardan çox ərazidə quru otlaq sahəsi və ağaclar yanıb
Faktiki hava açıqlanıb
Cəmiyyət 19:30
Faktiki hava açıqlanıb
Son bir həftədə yaşıllıqlara 225 min manatdan çox ziyan vurulub
Cəmiyyət 18:03
Son bir həftədə yaşıllıqlara 225 min manatdan çox ziyan vurulub
Müasir suvarma tətbiq olunan sahələr 300 min hektara çatdırılacaq - nazir
Cəmiyyət 17:47
Müasir suvarma tətbiq olunan sahələr 300 min hektara çatdırılacaq - nazir

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbçiləri təltif edilib -SİYAHI
Cəmiyyət 15:40
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbçiləri təltif edilib -SİYAHI
Azərbaycan Almaniya ilə iqtisadi əməkdaşlığı genişləndirmək istəyir
Cəmiyyət 15:09
Azərbaycan Almaniya ilə iqtisadi əməkdaşlığı genişləndirmək istəyir
AYİB: Sənaye zonaları ekosistemlərə çevrilir
Cəmiyyət 13:45
AYİB: Sənaye zonaları ekosistemlərə çevrilir

Bu marşrutların hərəkət sxemidəyişdirilib
Cəmiyyət 13:13
Bu marşrutların hərəkət sxemidəyişdirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol