• $
  • £

Şoyqu danışıqlar üçün İstanbula gəlib

Şoyqu danışıqlar üçün İstanbula gəlib
22.07.2022 14:52
Rusiyanın müdafiə naziri Sergey Şoyqu iyulun 22-də Qara dəniz limanlarından Ukrayna taxılının daşınmasına dair saziş imzalamaq üçün İstanbula gəlib. Bu barədə "Haber Türk” telekanalı məlumat yayıb.

Türkiyə tərəfdən sazişi müdafiə nazirləri Hulusi Akar imzalayacaq.


TRT-nin məlumatına görə, müqavilənin imzalanma mərasimi saat 16.30-da (Moskva vaxtı ilə üst-üstə düşür) Türkiyə prezidentinin İstanbulun Dolmabaxça sarayındakı iş kabinetində baş tutacaq.

İclasda müdafiə nazirləri ilə yanaşı, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin baş katibi Antonio Quterreş də iştirak edəcək.

İyulun 13-də İstanbulda Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndələrinin, eləcə də Rusiya, Türkiyə və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə Ukrayna taxılının Qara dəniz limanlarından çıxarılması ilə bağlı ilk danışıqlar keçirilib.

Görüşdən sonra BMT-nin baş katibi Antonio Quterreş Ukrayna taxılının tədarükünün bərpasına dair danışıqların "son dərəcə ümidverici” olduğunu, lakin yekun razılığın olmadığını bildirib.

 Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva BMT-nin baş katibi Quterreşə İstanbul sazişlərinə Rusiya taxılına dair bəndin daxil edilməsinin zəruriliyi barədə siqnal göndərib.
 
Gülnar 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Dünya 18:54
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Qazaxıstanda matəm elan edilib
Dünya 18:30
Qazaxıstanda matəm elan edilib
Alen Simonyan: Ermənistan Azərbaycanla diplomatik münasibətlər quracaq
Siyasət 14:30
Alen Simonyan: Ermənistan Azərbaycanla diplomatik münasibətlər quracaq
Qazaxıstanın Xəzərdəki hərbi təlimində 9 hərbçi həlak olub
Dünya 13:30
Qazaxıstanın Xəzərdəki hərbi təlimində 9 hərbçi həlak olub
Tramp Si Cinpini Vaşinqtonda qarşılayıb
Dünya 09:27
Tramp Si Cinpini Vaşinqtonda qarşılayıb
İsrailin ABŞ-dəki səfirinin oğlu hücum zamanı xəsarət alıb
Dünya 23:46
İsrailin ABŞ-dəki səfirinin oğlu hücum zamanı xəsarət alıb
Türkiyə Başika-Zilkan bazasını İraqa təhvil verəcək
Dünya 23:21
Türkiyə Başika-Zilkan bazasını İraqa təhvil verəcək
Ərdoğan Nyu-Yorkda Paşinyanla görüşüb
Dünya 21:33
Ərdoğan Nyu-Yorkda Paşinyanla görüşüb

Rusiya Aleksandrovka qəsəbəsini bombalayıb, 4 nəfər ölüb
Dünya 16:36
Rusiya Aleksandrovka qəsəbəsini bombalayıb, 4 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol