• $
  • £

Putin Təhlükəsizlik Şurasının iclasını çağırdı - Qarabağda baş verənlərdən danışdı

Putin Təhlükəsizlik Şurasının iclasını çağırdı - Qarabağda baş verənlərdən danışdı
04.08.2022 16:19
Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclasda Qarabağda münaqişənin kəskinləşməsini, eləcə də ölkənin sosial-iqtisadi inkişafı məsələlərini müzakirə edib.

Bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.

"Ermənistan-Azərbaycan münaqişəsinin kəskinləşməsi ilə bağlı vəziyyət müzakirə olunub. Üçtərəfli müqavilənin bütün müddəalarının təcili həyata keçirilməsinin zəruriliyi vurğulanıb”, - Peskov bildirib.

Ötən gün Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub. Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub. Bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərib. Azərbaycan Ordusu bölmələrinin keçirdiyi "Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Dünya 18:54
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Qazaxıstanda matəm elan edilib
Dünya 18:30
Qazaxıstanda matəm elan edilib
Alen Simonyan: Ermənistan Azərbaycanla diplomatik münasibətlər quracaq
Siyasət 14:30
Alen Simonyan: Ermənistan Azərbaycanla diplomatik münasibətlər quracaq
Qazaxıstanın Xəzərdəki hərbi təlimində 9 hərbçi həlak olub
Dünya 13:30
Qazaxıstanın Xəzərdəki hərbi təlimində 9 hərbçi həlak olub
Tramp Si Cinpini Vaşinqtonda qarşılayıb
Dünya 09:27
Tramp Si Cinpini Vaşinqtonda qarşılayıb
İsrailin ABŞ-dəki səfirinin oğlu hücum zamanı xəsarət alıb
Dünya 23:46
İsrailin ABŞ-dəki səfirinin oğlu hücum zamanı xəsarət alıb
Türkiyə Başika-Zilkan bazasını İraqa təhvil verəcək
Dünya 23:21
Türkiyə Başika-Zilkan bazasını İraqa təhvil verəcək
Ərdoğan Nyu-Yorkda Paşinyanla görüşüb
Dünya 21:33
Ərdoğan Nyu-Yorkda Paşinyanla görüşüb

Rusiya Aleksandrovka qəsəbəsini bombalayıb, 4 nəfər ölüb
Dünya 16:36
Rusiya Aleksandrovka qəsəbəsini bombalayıb, 4 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol