• $
  • £

İsrailin şəhərlərində yenidən hava hücumu siqnalları işə salınıb

İsrailin şəhərlərində yenidən hava hücumu siqnalları işə salınıb
07.08.2022 21:08
Axşam saatlarında Tel-Əvivdə və İsrailin ən böyük beynəlxalq hava limanı Ben Qurionun yaxınlığında yerləşən qonşu Lod şəhərində hava hücumu siqnalları işə düşüb.

"Report”un xəbərinə görə, bu barədə "The Jerusalem Post” məlumat yayıb.

Qəzet qeyd edib ki, "İslami Cihad” qruplaşması yaraqlılarının cümə günündən etibarən Qəzza zolağından İsrailə atdığı raketlərin ümumi sayı 1 000-ə yaxınlaşır.

İsrailin Müdafiə Qüvvələri Fələstin anklavında "İslami Cihad” əleyhinə hərbi əməliyyat keçirir.

Xatırladaq ki, bu gün yerli vaxtla saat 20:00-da Qəzza zolağında atəşkəsin qüvvəyə minməsi barədə məlumat yayılıb.

Qeyd edilir ki, İsrail və Fələstin bu gün axşamdan etibarən atəşkəsin bərqərar olmasına dair Misirin təklifini qəbul ediblər. Tərəflər atəşin dayandırılması barədə razılığa gəliblər. Misir Prezidenti Əbdülfəttah əs-Sisinin xüsusi nümayəndəsi avqustun 6-7-də Tel-Əviv və Qəzzada danışıqlar aparıb. İsrail, həmçinin hazırda yanacaq böhranı ilə üzləşmiş Qəzzanın blokadasının yumşaldılması təklifi ilə razılaşıb

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Dünya 18:54
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Qazaxıstanda matəm elan edilib
Dünya 18:30
Qazaxıstanda matəm elan edilib
Alen Simonyan: Ermənistan Azərbaycanla diplomatik münasibətlər quracaq
Siyasət 14:30
Alen Simonyan: Ermənistan Azərbaycanla diplomatik münasibətlər quracaq
Qazaxıstanın Xəzərdəki hərbi təlimində 9 hərbçi həlak olub
Dünya 13:30
Qazaxıstanın Xəzərdəki hərbi təlimində 9 hərbçi həlak olub
Tramp Si Cinpini Vaşinqtonda qarşılayıb
Dünya 09:27
Tramp Si Cinpini Vaşinqtonda qarşılayıb
İsrailin ABŞ-dəki səfirinin oğlu hücum zamanı xəsarət alıb
Dünya 23:46
İsrailin ABŞ-dəki səfirinin oğlu hücum zamanı xəsarət alıb
Türkiyə Başika-Zilkan bazasını İraqa təhvil verəcək
Dünya 23:21
Türkiyə Başika-Zilkan bazasını İraqa təhvil verəcək
Ərdoğan Nyu-Yorkda Paşinyanla görüşüb
Dünya 21:33
Ərdoğan Nyu-Yorkda Paşinyanla görüşüb

Rusiya Aleksandrovka qəsəbəsini bombalayıb, 4 nəfər ölüb
Dünya 16:36
Rusiya Aleksandrovka qəsəbəsini bombalayıb, 4 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol