• $
  • €
  • ₽
  • ₺
  • £

Helsinkidə tanınmış azərbaycanlı rəssamın sərgisi açıldı

Helsinkidə tanınmış azərbaycanlı rəssamın sərgisi açıldı
29.10.2022 22:00
Finlandiyanın paytaxtı Helsinkidə fəaliyyət göstərən Azərbaycan Evində azərbaycanlı rəssam Çingiz Abasovun əsərlərindən ibarət sərgi nümayiş etdiriliB.
 
Sərgidə Azərbaycan rəssamlıq məktəbinin parlaq nümayəndələrindən biri olan soydaşımızın "Möhtəşəm Bakı” silsiləsində ərsəyə gətirdiyi əsərləri təqdim olunub. Sərgi bir ay ərzində davam edəcək.
 
Çingiz Abasov 3 may 1963-cü il tarixində Bakıda anadan olub. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, Sankt-Peterburqdakı Vera Muxina adına Ali Bədii-Sənaye Məktəbini (indiki Baron fon Ştiqlits adına İncəsənət və Dizayn Akdemiyasını) bitirib. 1990-cı illərdən xaricdə yaşayan rəssamın əsərləri Finlandiya, ABŞ, Azərbaycan, İtaliya və digər ölkələrdə nümayiş etdirilir, dünyanın bir sıra ölkələrindəki özəl və dövlət kolleksiyalarında saxlanılır.
 
Onun Bakıya həsr etdiyi 102 əsəri ABŞ-da "Magnificient Baku” ("Möhtəşəm Bakı”) adı ilə dərc olunan kitaba daxil edilib. Bu nəşr ABŞ Konqresinin kataloqunda yer alıb. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib
Mədəniyyət 12:32
Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
Mədəniyyət 18:56
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox