Azərbaycanda kənd təsərrüfatı müəssisələrinin mənfəəti 42,6% artıb
Azərbaycanda kənd təsərrüfatı müəssisələrinin ümumi mənfəəti 2025-ci ildə əvvəlki illə müqayisədə 42,6% artaraq 446,1 milyon manata çatıb. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub.
2024-cü ildə bu göstərici 312,9 milyon manat olub.
Hesabat dövründə bitkiçilikdən əldə olunan mənfəət 26,7%, heyvandarlıqdan əldə olunan mənfəət isə 37,1% artıb.
Kənd təsərrüfatı müəssisələrinin satışdan əldə etdiyi gəlir 2025-ci ildə 9,8% artaraq 1,49 milyard manata yüksəlib.
Kənd təsərrüfatının ümumi məhsulunun faktiki satış qiymətləri ilə dəyəri də artıb. Bu göstərici 2024-cü ildəki 1,32 milyard manatdan 2025-ci ildə 1,41 milyard manata çatıb ki, bu da 6,9% artım deməkdir.
Sahələr üzrə bölgüyə əsasən, bitkiçilikdə ümumi mənfəət 168,6 milyon manatdan 213,6 milyon manata, heyvandarlıqda isə 149,1 milyon manatdan 204,4 milyon manata yüksəlib.
Kənd təsərrüfatı müəssisələrinin zərəri 2024-cü ildəki 24,7 milyon manatdan 2025-ci ildə 21,9 milyon manata enib.
Gülnar Nazimqızı