• $
  • €
  • ₽
  • ₺
  • £

Kürdəmirdə 16 yaşlı qızı nişanlayıblar- IDDIA

Kürdəmirdə 16 yaşlı qızı nişanlayıblar- IDDIA
17.11.2022 11:47
Kürdəmir rayonu Siyavuş Dəmirov adına Karrar kənd orta məktəbinin 11-ci sinif şagirdini nişanlayıblar.

Bu barədə Azərbaycan Uşaqlar Birliyi - Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib.

"Dədəsi deyib ki, onsuz da oxutmağa imkanım olmayacaq. Amma kreditə, borca cehiz alır. Məndə olan məlumata görə, həmin məktəbdə başqa nişanlı qızlar da var”, - paylaşımda bildirilib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru polis kapitanı Nizam Həmidov Yeniavaz.com-a bildirib ki, faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bütün tədbirlər icra olunur:

"Polis əməkdaşları məktəblinin valideynləri ilə izahedici söhbətlər aparıblar və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb. Araşdırmalar zamanı qızın 16 yaşının tamam olması məlum olub. Valideynləri isə ailə daxilində kiçik bir mərasimin keçirildiyini səmimi etiraf edərək, övladlarının hal-hazırda onlarla birlikdə yaşadığını, yalnız 18 yaşı tamam olduqdan sonra oğlan toyunun keçiriləcəyini bildiriblər”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin qardaşı ölüb
Cəmiyyət 10:00
Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin qardaşı ölüb
Gəncədə ata oğlunu qətlə yetirməkdə şübhəli bilinir
Cəmiyyət 22:46
Gəncədə ata oğlunu qətlə yetirməkdə şübhəli bilinir
Masazırda motosikletlə avtomobil toqquşub, iki nəfər ölüb
Cəmiyyət 21:50
Masazırda motosikletlə avtomobil toqquşub, iki nəfər ölüb
Sabah Culfanın 13 kəndində işıq olmayacaq
Cəmiyyət 17:46
Sabah Culfanın 13 kəndində işıq olmayacaq
Sumqayıtda sərnişin avtobusu minik avtomobili ilə toqquşub: xəsarət alanlar var
Cəmiyyət 15:48
Sumqayıtda sərnişin avtobusu minik avtomobili ilə toqquşub: xəsarət alanlar var
Sabahın hava proqnozu
Cəmiyyət 12:27
Sabahın hava proqnozu
Beyləqanda avtomobil elektrik dirəyinə çırpılıb, sürücü ölüb
Cəmiyyət 12:00
Beyləqanda avtomobil elektrik dirəyinə çırpılıb, sürücü ölüb
FHN-in Muğan Regional Mərkəzi təlim keçirib
Cəmiyyət 10:36
FHN-in Muğan Regional Mərkəzi təlim keçirib
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
Cəmiyyət 08:50
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol