• $
  • £

Rusiya Vardanyandan ÜZ DÖNDƏRDİ

Rusiya Vardanyandan ÜZ DÖNDƏRDİ
20.11.2022 14:44
Bu ilin sentyabr ayında erməni biznesmen Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina edərək Xankəndi şəhərinə köçmək niyyətində olduğunu açıqlamışdı. O, bir müddət sonra ailəsi ilə birlikdə Rusiyanı tərk edərək arzusunu gerçəkləşdirdi və sülhməramlıların müvəqqəti nəzarətində olan Xankəndiyə yerləşdi.
 
İlk gündən erməniləri öz tərəfinə çəkməyə başlayan Vardanyan qondarma qurumun "dövlət naziri" vəzifəsinə təyin edilməklə, əslində Xankəndiyə gəliş səbəbinin xarici qüvvələrin, daha dəqiq desək, Rusiyanın maraqlarından qaynaqlandığını nümayiş etdirdi. 
 
Noyabrın 5-də separatçıların "dövlət naziri" kimi qondarma vəzifəni icra edən Rusiyanın erməni əsilli milyarderi özünə artıq yeni komanda qurur. Belə ki, onun komandasına sələfləri Artak Beqlaryan və Qriqori Martirosyan, "Artsax"ın keçmiş mədəniyyət və təhsil naziri Narine Aqabalyan, Ermənistanın keçmiş sosial təminat naziri Mesrop Arakelyan və iş adamı Arman Akopcanyan müşavir kimi daxil olacaqlar.
 
Ruben Vardanyan Rusiyada "Troyka Dialoq” şirkətinin təsisçisi və Skolkovo İdarəetmə məktəbinin ilk rəhbəridir.
 
Onun milyardlar qazandığı Rusiyadan müəmmalı şəkildə imtina etməsi ortaya bir çox suallar çıxarır. Onun hansı məqsədlə Azərbaycan şəhərinə göndərilməsi qaranlıq məqam kimi qiymətləndirilir. 
 
Noyabrın 17-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi, Avropa İttifaqının və bir sıra üzv ölkələrin Şərq Tərəfdaşlığı üzrə məsul şəxslərinin daxil olduğu nümayəndə heyətini qəbul edən Prezident İlham Əliyev Azərbaycanın bu məsələ ilə bağlı rəsmi mövqeyini ortaya qoydu. Dövlət başçısı Vardanyanın Moskvadan göndərildiyini bildirərək, Azərbaycanın onunla danışıqlar aparmayacağını bəyan etdi.
 
Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib.

Azərbaycan açıq şəkildə Vardanyanın çirkin məqsədlərə xidmət etdiyini Rusiyanın diqqətinə çatdırdı.
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: yaxın vaxtlarda Ermənistandan Azərbaycana ixrac başlayacaq
Siyasət 13:05
Paşinyan: yaxın vaxtlarda Ermənistandan Azərbaycana ixrac başlayacaq
Rusiya: Ukrayna münaqişəsi ilə bağlı Almaniya ilə rəsmi danışıqlar aparılmır
Siyasət 11:15
Rusiya: Ukrayna münaqişəsi ilə bağlı Almaniya ilə rəsmi danışıqlar aparılmır
Ermənistan parlamentinin yeni spikeri kimdir? - Dosye
Siyasət 14:40
Ermənistan parlamentinin yeni spikeri kimdir? - Dosye
Paşinyan: bazar günü hökumət istefa verəcək
Siyasət 14:47
Paşinyan: bazar günü hökumət istefa verəcək
Sabah Tramp Zelenski ilə görüşəcək
Siyasət 12:19
Sabah Tramp Zelenski ilə görüşəcək
Paraqvay Azərbaycana fəxri konsul təyin edib
Siyasət 10:05
Paraqvay Azərbaycana fəxri konsul təyin edib
Pezeşkian Azərbaycanla bağlı tapşırıq verdi
Siyasət 17:30
Pezeşkian Azərbaycanla bağlı tapşırıq verdi
Baş prokuror Çinə rəsmi səfərə gedib
Siyasət 16:05
Baş prokuror Çinə rəsmi səfərə gedib
Türkiyə İrana raketlərin hava məkanını pozmasının qəbuledilməz olduğunu bildirib
Siyasət 14:56
Türkiyə İrana raketlərin hava məkanını pozmasının qəbuledilməz olduğunu bildirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol