BMT Ukraynadakı vəziyyətlə bağlı iclas çağırdı
Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiya Ukraynadakı humanitar vəziyyətlə bağlı iclas keçirəcək. Bunu Rusiya Federasiyasının dünya təşkilatındakı daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski telegram kanalında yazıb.
www.anews.az
"Dekabrın 6-da Rusiya yenidən Ukrayna üzrə Təhlükəsizlik Şurasının iclasını çağırıb, mövzu kimi humanitar məsələləri və uşaqların müdafiəsini seçiblər”, -yazıda qeyd edilib.
Görüşün başlaması, rusiyalı diplomatın qeyd etdiyi kimi, Moskva vaxtı ilə saat 18:00-a planlaşdırılıb.
Polyanski təklif edib ki, Qərb dövlətləri öz çıxışlarında "Ukraynanın enerji və digər infrastrukturuna hücumları” tənqid etmək üçün istifadə etsinlər. "Əlbəttə, onlar Donbass uşaqlarını xatırlamayacaqlar, amma biz sizə xatırladacağıq”, - o əlavə edib.
Dekabrda BMT Təhlükəsizlik Şurasına sədrlik Hindistana keçdi.
Rusiya Federasiyasının beynəlxalq təşkilat yanında daimi nümayəndəliyi bəyan edib ki, bu görüşün mövzusu humanitar məsələlər və uşaqların müdafiəsi olacaq.(TASS)
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox