Türkiyədə tıxaca səbəb olan gəmilərin saxlanma səbəbi açıqlandı
Bosfor boğazının girişində tıxac Avropa sığorta şirkətlərinin neft tankerlərinin boğazdan keçməsi üçün sığorta məktubları verməkdən imtina etməsi səbəbindən yaranıb. Bunu Türkiyənin Naviqasiya Baş İdarəsi bildirib.
Agentliyin məlumatına görə, sığortasını təsdiq edən məktub təqdim edə bilməyən neft daşıyan bütün tankerlər üçün dekabrın 1-dən Bosfor boğazından keçid qadağan edilib. Türkiyə rəsmiləri əlavə edib ki, məktubların verilməsindən imtinanın səbəbi bəlli olmasa da, sənədi tələb etməyə davam edəcəklər.
"Sığorta şirkətləri adi qaydada verilən məktubları verməkdən imtina edirlər”, - Naviqasiya Baş İdarəsi izah edib.
Daha əvvəl Türkiyənin Nəqliyyat Nazirliyi lazımi sığorta sənədləri olmayan gəmilərin Boğaziçi və Çanaqqala boğazına buraxılmayacağını təsdiqləyib
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər