Ukrayna Rusiyanın 3 sursat anbarına zərbə yetirib
Son son sutka ərzində Ukrayna Silahlı Qüvvələri Rusiyanın güclü rabitə stansiyasını və üç silah-sursat anbarını məhv edib. Bu barədə UNİAN xəbər agentliyində məlumat verilib.
Eyni zamanda Rusların Berdyansk, Tokmak, Melitopol, Enerqodar, Dneprudne, Pologiya və Zaporojye vilayətinin Vasilivka vilayətlərindəki bazalarına hücum edib.
Hücum nəticəsində Rusiyanın 3 sursat anbarı və 20-yə yaxın müxtəlif təyinatlı hərbi texnika məhv edilib.
Əldə edilən məlumata görə, 240 nəfərdən çox rus hərbçisi yaralanıb.
Ümumilikdə gün ərzində bir T-62 tankı, bir "Meteorit” özüyeriyən reaktiv minatəmizləmə qurğusu, güclü rabitə stansiyası, radiolokasiya stansiyası və elektron döyüş stansiyası, iki hərbi texnika və üç sursat anbarı məhv edilib.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər