Ermənistanın Aİİ ölkələri ilə ticarət dövriyyəsi 9 ayda üç milyardı ötüb
Cari ilin 9 ayında Ermənistanın Aİİ ölkələri ilə ticarət dövriyyəsi 3 milyard dollardan çox olub. Bunu Ali Avrasiya İqtisadi Şurasının iclasında Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
O bildirib ki, bu həcm 2021-ci ilin analoji dövrünün göstəricisindən təxminən 80% çoxdur.
Erməənistanın Milli Statistika Komitəsinin məlumatına görə, bu ilin 10 ayı ərzində Ermənistanın Aİİ ölkələri ilə xarici ticarət dövriyyəsi 2021-ci ilin yanvar-oktyabrı ilə müqayisədə 88% artaraq 4 milyard dollara yaxın olub. Eyni zamanda, Ermənistandan Aİİ-yə ixrac 1,8 milyard dollara (artım 2,5 dəfə), idxal isə 2,4 milyard dollara (artım 50,8%) çatıb.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər