Ukraynaya edilən ümumi yardımın məbləği açıqlanıb
Bu həftə ərzində Ukraynaya edilən ümumi yardımın məbləği 113 milyard avroya çatıb. Bu barədə Ukraynanın maliyyə naziri Ukrayna yerli mediasına müsahibəsində bildirib.
"Ukraynaya dəstək xeyriyyəçilik deyil. Biz bütün sivil dünyanın azadlığını və demokratiyasını qorumağa çalışırıq”, - o vurğulayıb.
O bildirib ki, Ukraynanın maliyyə dəstəyi inkişaf etmiş ölkələrin 2008-ci il qlobal maliyyə böhranı və COVID-19 pandemiyası kimi fövqəladə hallarla mübarizəyə xərclədiyi vəsaitlə müqayisədə çox az vəsaitdir.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər