Yaponiyanın kosmik gəmisi Aya göndərilib
Yapon kosmik gəmisi "Hakuto-R" "Falcon 9" raketindən istifadə edərək Yerin təbii peykinə buraxılıb.
Bu barədə KİV-dən məlumat verilib.
Buraxılış ABŞ Kosmik Qüvvələrinin Floridadakı Kape Kanaveral bazasındakı 40-cı buraxılış kompleksindən həyata keçirilib.
Orbitə buraxıldıqdan 47 dəqiqə sonra qurğu "Falcon 9" raketinin ikinci pilləsindən ayrılaraq Aya tərəf getməlidir.
"Hakuto-R" Aya uğurla enən ilk şəxsi kosmik gəmi ola bilər.
Yaponiyanın "iSpace” şirkəti enmə qurğuları yaratmaq üçün robot-kosmik gəmi texnologiyasını inkişaf etdirir.
Yerin təbii peykinin görünən tərəfindəki Atlas kraterinə bir tonluq aparatın enişi 2023-cü ilin aprelinə planlaşdırılır. Bir sıra elmi cihazlarla təchiz edilmiş aparat stasionar zond qismində tədqiqat funksiyalarını yerinə yetirəcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər