• $
  • £

Ermənistanda bu gün azərbaycanlılara etiraz olaraq aksiya keçiriləcək

Ermənistanda bu gün azərbaycanlılara etiraz olaraq aksiya keçiriləcək
13.12.2022 15:00
Ermənistanda fəallar bu gün saat 16:00-da BMT-nin ofisinin binası qarşısına azərbaycanlı ekoloqların aksiyasına etiraz olaraq toplaşacaq. Bu barədə "Ermənistan” fraksiyasının üzvü İşxan Saqatelyan öz Facebook səhifəsində yazıb. 

 
"Artıq bir gündən çoxdur ki, Qarabağda 120 min soydaşımız blokadadadır. Buna görə də, mümkün qədər tez aşağıdakı addımlar atılmalıdır: 


- Azərbaycan və Türkiyənin müxtəlif ölkələrdəki səfirlikləri qarşısında etiraz aksiyaları

- Ermənistanda ofislər qarşısında etiraz aksiyası. Bu gün, dekabrın 13-ü, saat 16:00-da BMT-nin ofisinin binası qarşısına toplaşırıq. Sonra Fransa, Rusiya və ABŞ səfirliklərinə məktublar göndərəcəyik.

- Azərbaycanın soyqırımı aktlarını pisləyən bəyanat qəbul edilməsi.

- Biz bu üç istiqamət üzrə işləyirik, onlar haqqında əlavə məlumat verəcəyik”, - Saqtelyan yazıb. 
 
Dekabrın 12-də  Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri və ictimai fəalların sülhməramlılarının erməni təxribatlarına qarşı Şuşanın girişində aksiya keçirirlər. Onlar Sülhməramlıların rəhbəri Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər. 
 
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
 
Gülnar Nazimqızı 
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ermənistanın müdafiə naziri Gürcüstana səfər edib
Dünya 18:09
Ermənistanın müdafiə naziri Gürcüstana səfər edib
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan
Dünya 10:48
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan

İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Dünya 10:12
İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Dünya 23:13
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
Dünya 22:15
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Dünya 21:25
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Dünya 21:10
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Pakistana yola düşüb
Dünya 18:55
Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Pakistana yola düşüb

Qətər xarici aviaşirkətlərin uçuşlarını mərhələli şəkildə bərpa edir
Dünya 17:44
Qətər xarici aviaşirkətlərin uçuşlarını mərhələli şəkildə bərpa edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol