Rusiyanın neft və qaz gəlirləri Qərbin yeni sanksiyaları fonunda dörd dəfə artıb
Qərb ölkələrinin yeni sanksiyalar tətbiq etməsinə baxmayaraq, noyabrda Rusiyanın büdcə profisiti neft və qaz gəlirləri sayəsində 4 dəfə artıb. Bu barədə Bloomberg məlumat yayıb.
Dekabrın 12-də RBC Maliyyə Nazirliyinin dərc olunmuş məlumatlarına və onların hesablamalarına istinadən yazıb ki, 2022-ci ilin noyabrında federal büdcə gəlirləri 2021-ci ilin noyabr ayı ilə müqayisədə nominal ifadədə 31% artıb (2,64 trilyon rubla qədər).
www.anews.az
Rusiyanın noyabrda büdcə profisiti ilin əvvəlindən bu yana ilk dəfə olaraq 557 milyard rubla çatıb.
Bundan əvvəl Dövlət Dumasının Büdcə və Vergilər Komitəsinin üzvü Ayrat Fərrahov bildirib ki, 2022-ci ilin dekabrında Rusiya büdcəsinə tələb olunan həcmdə əlavə neft-qaz gəlirləri daxil olacaq və qarşıya qoyulan hədəflərə nail olunacaq.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər